Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

​QLOBAL SAVAŞA APARAN 13 ADDIM Yeni Dünya Müharibəsi niyə qaçılmazdır?

​QLOBAL SAVAŞA APARAN 13 ADDIM Yeni Dünya Müharibəsi niyə qaçılmazdır?

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son dövlər beynəlxalq siyasi ekspertlər dünyada baş verən müxtəlif səpkili münaqişələri təhlil edərəkən yaxın perspektivdə Ücüncü Dünya Müharibəsinin qaçılmaz olacağını və məhz bundan sonra gözlənilən yeni dünya nizamının yaranacağını proqnozlaşdırırlar. Onların arasında ABŞ-nin “Bridgewater Associates” şirkətinin qurucusu, tanınmış milyarder və sərmayəçi Reymond (Rey) Tomas Dalionun və “Çin Nastradamusu” adlandırılan Çzyan Syueçinin öncəgörmələri xüsusi diqqət çəkir.

Rey Dalio tarixin dövri olaraq təkrarlandığını bildirir və öz izahlarında da buna əsaslanır. Onun fikrincə, insanlar diqqətlərini hədsiz dərəcədə gündəlik aktual hadisələrə fokusladıqları üçün tarixin necə hərəkət etməsinə ciddi önəm vermirlər. Dalio yazır ki, hazırda biz adi böhran keçirmirik və artıq dünya müharibəsinə yol açacaq mərhləyə daxil olmuşuq. Burada eyni zamanda həm silahlı, həm də silahsız müharibələr gedir. Silahsız müharibə deyəndə o, böyük güclər arasındakı ticarət tariflərini, qarşılıqlı sanksiyaları, texnoloji rəqabəti və geosiyasi təsir uğrunda mücadilələri nəzərdə tutur.

Dalionun iddiasına görə, dünya müharibələri başlamamışdan öncə adətən bir-birilə üzvü bağlılıq təşkil edən münaqişələr şəbəkəsi yaranır və bundan sonra böyük dövlətlər iqtisadiyyatlarını səfərbər etmək qərarına gəlirlər. 

Rey Dalionun dünya müharibəsinə səbəb olan 13 addımdan (və ya faza) ibarət konsepsiyasına görə, bu mərhələlərin yekununda yeni dünya nizamı qurulacaq. Həmin bəndlər aşağıdakılardan ibarətdir:

1.Dünyada hökmran mövqedə qərarlaşmış dövlət zəifləyir və yüksələn digər güclər onun üstün mövqeyinə qarşı çıxırlar.

2. Sanksiyalar və ticarət blokadaları formasında iqtisadi müharibələr kəskin artır.

3.İqtisadi-ideoloji və hərbi alyanslar yaranır.

4.Vəkalət müharibələri getdikcə çoxalır.

5.Aparıcı dövlətlər maliyyə böhranları ilə üzləşirlər, dövlətlərin borcu, büdcə kəsirləri

artır.

6.Dövlətlər kritik sənaye sahələrini və təchizat zəncirlərini öz nəzarəti altına alırlar.

7.Ticarət və daşımalar üçün mühüm əhəmiyyət kəsb edən strateji keçidlərin(boğazların) silahlandırılması prosesi gedir.

8.Müasir müharibənin şərtlərinə cavab verən yeni hərbi texnologiyalar yaradılır.

9.Eyni vaxtda dünyanın müxtəlif yerlərində silahlı toqquşmalar baş verir.

10.Dünyanın aparıcı dövlətlərində vətəndaşlardan liderlərin dəstəklənməsi tələb olunur, müharibə əleyhinə çıxanlar sərt susdurulur.

11. Əsas iddialı güclər arasında birbaşa hərbi toqquşmalar meydana gəlir.

12. Müharibəni maliyyələşdirmək üçün vergilər, borc emissiyası və pul çapı artır, valyutaya və kapitala nəzarət sərtləşdirilir, bəzi hallarda bazarlar bağlanır.

Dalionun modelindəki son 13-cü bəndə görə, yekunda mübarizə edən tərəflərdən biri digərinə qalib gələcək və həmin qalib qurulacaq yeni dünya nizamının baş nəzarətçisinə çevriləcək.


Dalionun fikrincə, hazırda biz 9-cu fazadayıq və bu fazada dünyanın müxtəlif regionlarında silahlı toqquşmalar eyni vaxtda baş verir. Onların daha qaynar mərhələyə keçmək ehtimalı getdikcə yükəsəlir(Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki münaqişələr, Asiyadakı gərginliklər və ABŞ-İran münaqişəsi həmin mərhələyə daxlidir).

Çinli professor Çzyan Syueçin də hər şeyin dünya müharibəsinə doğru getdiyini bildirir. O, 2024-cü ildə Trampın prezident olacağını və ABŞ-nin İrana hücum edəcəyini söyləmişdi. Əslində, onun bu öncəgörmələrində qeyri-adi bir şey yoxdur, çünki 2024-cü ildə Tramp artıq namizəd idi və çıxışlarında İrana zərbə vurmağın mümükünlüyündən danışırdı. Lakin Çzyan Syueçin indi həm də Trampın üçüncü müddətə prezident seçiləcəyini, ABŞ-nin İrana məğlub olacağını, dünya müharibəsinin başlayacağını, milyardlarla insanın aclıqdan öləcəyini proqnozlaşdırır. 

Çinli siyasi ekspert çıxışlarında bəzən tarixi faktları təhrif edərək, onları öz baxışlarına uyğunlaşdırsa da, dünya ictimai düşüncəsini özünə cəlb edə bilib. Bəlkə də hansısa güclər çinli Çzyan Syueçini dünya ictimaiyyətinə tanıtdırmaqda maraqlıdırlar. Rey Dalio da çinli ekspert kimi irəliyə sürdüyü iddiaları arqumetləşdirmək üçün oxşar fəndlərdən istifadə edir.

Əlbəttə, dünyada tanınmış fikir adamlarının mülahizələrini necə və hansı arqumentlər üzərində qurmalarına baxmayaraq, həqiqətən də qlobal çapda siyasi-iqtisadi böhran yaşanır və elə bu səbəbdən də yeni dünya müharibəsi mövzusu aktuallaşır. Yeni dünya müharibəsi haqda hələ soyuq müharibə dönəmində də danışırdılar və hətta bunun mütləq baş verəcəyini iddia edənlər də vardı. Lakin gözlənilənlərin əksinə olaraq, ABŞ ilə müharibə edə biləcək Sovet İttifaqı çökdü və bu xüsusda gedən söhbətlər də səngidi.

Lakin 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkdakı “World Trade Center” (Ümumdünya Ticarət Mərkəzi) binaları vurulandan sonra üçüncü dünya müharibəsi və yeni dünya nizamı mövzusu yenidən aktuallıq qazandı.

Dünyanın yenidən qlobal miqyaslı müharibəyə başlayacağını söyləyənlər gərək öncəki dövrlərlə müasir zamanımızı müqayisə etsinlər. Birinci və İkinci Dünya Müharibələri zamanı dünya indikindən radikal şəkildə fərqlənirdi. Dövlətlər və xalqlar arasında bu cür sıx inteqrasiya yox idi. Məsələn, 1930-cu illərdə ABŞ-də böyük depressiya olanda, bu, əsasən elə ABŞ ərazisi ilə məhdudlaşmşdı və onun Avropya təsiri çox deyildi. O vaxtın enerji tələbatı, nəqiyyat və daşımaların intensivliyi, istehsal və istehlakın səviyyəsi, iqtisadiyyatın həcmi ilə bu günü müqayisə etsək, bəlli olar ki, dünya əvvəlki kimi ayrı-ayrı iqtisadi, texnoloji, maliyyə zonalarından ibarət deyil. O, tam mənası ilə vahid orqanizmə çevrilib. Qlobal problemləri təsnifatlandırarkən anlaşılır ki, dünyanın qarşılaşdığı problem təkcə ABŞ-nin hegemoniyasından yox, kapitalizmin xarakterindən irəli gəlir.

Bu gün həqiqətən də istənilən lokal müharibə artıq öz sərhədləri perimetrini aşır və ümumi qlobal proseslə bütövləşərək onun tərkib hissəsinə çevrilir.

Hazırda yalnız iki qlobal güc var - ABŞ və Çin. Böyük mübarizə yalnız onlar arasında gedə bilər. Ancaq iş ondadır ki, mahiyyət etibarı ilə onlar eyni sistemin içindədirlər və heç bir dərin ideoloji ziddiyyətləri yoxdur. Avropa hərbi baxımdan zəifdir. Nüvə silahına malik olduğundan Rusiyanın haray-həşir qoparmasına baxmayraq, onun da gələcək kimliyini, dünya arenasındakı yerini Çin və ABŞ müəyyənləşdirəcək.

Bundan sonra qlobal çapda müharibə klassik formada deyil, tamamilə fərqli xarakterdə gedəcək. Hazırda əsas mübarizə süni intellekt sahəsində kimin üstünlüyü ələ alması, lider mövqeyə yiyələnməsi və bu mövqenin dayanıqlı şəkildə saxlanması uğrunda gedir. Süni İntellekt sahəsində öndə olmaq üçün sərmayə qoyuluşu ilə yanaşı istedadların tapılması prosesinə də başlanılıb. ABŞ və Çin bütün səylərini bu istiqamətə yönəldiblər. 

ABŞ-nin “Goldman Sachs” bankının gəldiyi qənaətə görə, ABŞ-nin ən qabaqcıl texnologiya şirkətləri yaxın beş il ərzində süni intellekt sahəsinə təxminən 7,6 trilyon dollar sərmayə qoyacaqlar. Həyata keçiriləcək texnoloji layihələr sayəsində ABŞ-nin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyacağı gözlənilir.


Digər yandan, haqlı sual da meydana gəlir ki, nüvə silahına malik olan iri güclərin bir-birilə qarşıdurması nə qədər məqsədəuyğundur? 

Axı, belə bir müharibədə kimsənin qalib gəlmə ehtimalı yoxdur. ABŞ ilə Çin arasında fikir ayrılığı olsa da, əslində, tərəflər bir-birini məhv etməyə yox, sadəcə qlobal strateji məkanın necə bölüşdürülməsi məsələsində ortaq məxrəcə gəlməyə çalışırlar. Bu isə çox mürəkkəb prosesdir. Dünya müharibəsi həm ABŞ-ni, həm də Çini dərin depressiyaya qərq edər. Onların buna getməsi inandırıcı görünmür. Zahirdə amansız mübarizəyə şahidlik etsək də, pərdəarxasında müəyyən sövdələşmələrə gedilməsi ehtimalını da hesabdan silməyək.

Həqiqətən də, dünya siyasi, iqtisadi və texnoloji cəhətdən yeni bir mərhələyə keçidin astanasında dayanıb. Bəşəriyyətin keyfiyyət baxımından yeni dönəmə girməsi uzaqda deyil, amma bu dövrün necə olacağını proqnozlaşdırmaq çox çətindir.

Vaqif Nəsibov

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 İyun 2026 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see655

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see423

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see379

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see272

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see265

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see262

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see241

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see230

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see225

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see211

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see206

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see206

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see204

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see203

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see198

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see197

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see188

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see184

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see178

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri