Icma.az
close
up
RU
lll Dünya müharibəsi fikiri məntiqlidir: Türkiyə də savaşa qatıla bilər ŞƏRH

lll Dünya müharibəsi fikiri məntiqlidir: Türkiyə də savaşa qatıla bilər ŞƏRH

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Avropa 2030 və ya 2031-ci ilə qədər Rusiya ilə müharibəyə hazır olacaq.

Bunu Dövlət Dumasının deputatı Andrey Qurulev deyib.

Onun sözlərinə görə, Avropa ölkələrinin başçıları və hökumətləri öz əhalisini qaçılmaz münaqişəyə hazırlayır:

“Düşünürəm ki, 2029-cu ilə qədər Avropa Birliyinin münaqişəyə hazırlaşmağa vaxtı olmayacaq”.

Qeyd edək ki, iyun ayında “Qalx, Fransa” partiyasının lideri Nikola Düpon-Aignan AB-nin Rusiyaya müharibə elan etmək istəyini açıqlamışdı.

Mart ayında Avropa Komissiyası “Avropanın yenidən silahlanması” adlı yeni müdafiə strategiyasını təqdim edib. Bir sıra Aİ ölkələrinin etirazlarından sonra sənədin adı “Hazırlıq 2030” olaraq dəyişdirilib. Strategiya dörd il ərzində təxminən 800 milyard avro cəlb etməyi nəzərdə tutur.

Politoloq Oqtay Qasımov “Sherg.az”a bildirib ki, 2029-2030-cu illərdə Rusiya ilə Avropa arasında savaşın ola biləcəyi ilə bağlı ehtimal müxtəlif şəxslər tərəfindən dilə gətirilir:


“Almaniyanın müdafiə naziri də bir neçə dəfə bu fikirləri təkrar edib. Rusiyalı deputatının da bu fikri söyləməsi sözügedən açıqlamadan qaynaqlanır. Ruslar hesab edir ki, məhz 2029-cu ilə qədər Avropa öz iqtisadiyyatını ciddi şəkildə hərbi yönümlü edəcək. Hətta Aİ bu ilin əvvəlində hərbi xərclərin artırılması məsələsinə dair qərar qəbul edib. Qoca qitə gələcək üçün 850 milyard avroluq fondun yaradılması razılaşdırılıb. Bu da o deməkdir ki, Avropa özünü Rusiyadan müdafiə etmək və təhdidləri qarşılamaq üçün çox ciddi şəkildə silahlanmaya keçid edir. Əgər müharibə olarsa, bu qlobal bir savaşa da çevrilə bilər. Amma həmin müddətə 4-5 il zaman var. 4-5 ilə dünyada təhlükəsizlik arxekturasında münasibətlərdə ciddi dəyişikliklər mümkündür. Bu dəyişikliklər də ehtimal olunan savaşa öz təsirini göstərə bilər. Yəni NATO öz bütövlüyünü qorusa, Avropa ilə Amerika arasında müdafiə sahəsində anlaşmalar həyat keçirə bilər. Avropa Amerikanın tələblərini qəbullanaraq, hərbi xərclərini 5%-ə qədər artıra bilsə, Amerika Avropaya müəyyən dəstək göstərəcək. Eyni zamanda , Avropanın özünün də müdafiə imkanları ciddi şəkildə artacaq”. 

Politoloqun sözlərinə görə, Türkiyənin sözügedən zamana qədər NATO-ya üzv olaraq qalması təqdirində savaşa qatılma ehtimalı gözləniləndir:

“O zamana qədər dünyada çox ciddi dəyişiklikləri gözardı etmək olmaz. Belə bir savaş olarsa, qlobal müharibəyə çevrilə bilər. lll Dünya müharibəsi ilə bağlı söylənilən fikirlər həm məntiqlidir. Faktiki olaraq dünyada hazırda hərbi-siyasi vəziyyət çox gərgindir. Bir çox ölkələr müharibə vəziyyətindədirlər. Rusiya-Ukrayna savaşında çox müxtəlif güclər birbaşa olmasa da, dolayısı ilə iştirak edirlər”. 



Kəmalə Vəliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 İyul 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri