Qlobal səviyyədə istixana qaz emissiyalarının 10 faizi poçt daşımalarının payına düşür AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 15 noyabr, AZƏRTAC
Son illər qlobal səviyyədə istixana qaz emissiyalarının 10 faizi poçt daşımalarının payına düşür. Ümumdünya Poçt İttifaqı (ÜPİ) şəbəkəsi vasitəsilə göndərilən kiçikhəcmli elektron ticarətin üçdə ikisi, eləcə də elektron ticarətə sürətlə artan tələbat bu emissiya prosesini sürətləndirən əsas amillərdən sayılır.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Poçt İttifaqının (ÜPİ) Siyasət, tənzimləmə və bazarlar üzrə direktoru Siva Somasundram COP29 çərçivəsində “Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrinin istifadə edilməsi” tədbirində deyib.
“Bu emissiyaları azaltmaq üçün poçt təşkilatlarının birgə yeni strategiyalar hazırlaması və əməkdaşlığı genişləndirməsi vacibdir. Bunun üçün ilk növbədə müxtəlif nəqliyyat modellərinin istifadəsi, yenilənmiş çeşidləmə mərkəzləri, inteqrasiya olunmuş poçt şəbəkələrinin birgə fəaliyyəti kimi təkliflər müzakirə olunmalıdır”, - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 15 Noyabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















