Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

Qlobal şokların Azərbaycanda iqtisadi artıma təsiri

Qlobal şokların Azərbaycanda iqtisadi artıma təsiri

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Beynəlxalq Valyuta Fondu tərəfindən 2026-cı ilin aprel ayında dərc olunmuş "World Economic Outlook" hesabatında qlobal iqtisadi artım proqnozunun 0,3 faiz bəndi aşağıya doğru revisiya edilməsi, eləcə də, neft ixrac edən ölkələr üzrə iqtisadi artım proqnozunun 2,6 faiz bəndi azaldılması dünya iqtisadiyyatında qeyri-müəyyənliklərin və risk amillərinin artdığını bir daha təsdiqləyir. Mövcud qlobal çağırışlar fonunda, enerji bazarlarında müşahidə olunan kəskin qiymət volatilliyi və geoiqtisadi gərginliklər beynəlxalq iqtisadi mühitə təsirsiz ötüşməyib.

Bakuost.az xəbər verir ki, qlobal iqtisadi qeyri-müəyyənliklərin və enerji bazarlarında dalğalanmaların gücləndiyi şəraitdə Azərbaycan iqtisadiyyatında 2026-cı ilin birinci rübü ÜDM-də cüzi – 0,3 faiz azalma qeydə alınsa da, bu dinamika daha çox qlobal enerji bazarlarında qiymət dəyişkənliyi və əsasən, neft hasilatının 3,4 faiz azalması hesabına baş verib. Mövcud makroiqtisadi şərait fonunda, cari ilin I rübündə qeyri-neft-qaz sektorunda ÜDM-in artım tempi davam etmiş, iqtisadi fəallığın əsasən daxili tələbin genişlənməsi, investisiya axınlarının sabitliyi, xidmət sektorunun dinamik inkişafı, sənayedə yüksək artım templəri hesabına formalaşdığı müşahidə olunub. Müvafiq dövr üzrə qeyri-neft-qaz sənayesində 7,0 faiz, informasiya və rabitə sektorunda 9,2 faiz, ticarət sahəsində isə 3,7 faiz artım qeydə alınıb. 2026-cı ilin ilk rübü ərzində adambaşına düşən gəlirlər 6,6% artıb. Bu dövr ərzində ümumi istehlak bazarında satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 4,6% artıb. Belə ki, pərakəndə ticarət dövriyyəsində 3,7%, ictimai iaşədə 5,2%, ödənişli xidmətlərdə 8,8% artım müşahidə olunub.

Tikinti sektorunda əlavə dəyərin 19,8 faiz azalması qeydə alınmışdır ki, bu da əsasən hər ilin birinci rübündə dövlət investisiyalarının planlı şəkildə mərhələli icrası, tikinti-quraşdırma işlərinin mövsümi xarakter daşıması və iri infrastruktur layihələri üzrə aktivliyin sonrakı dövrlərdə artması ilə bağlıdır. Bu konteksdə, Dövlət İnvestisiya Proqramı, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının uğurla icrası 2026-cı ilin növbəti rüblərində tikinti sektorunda fəallığın artmasına, investisiya axınlarının sürətlənməsinə və əlavə dəyərin bərpa olunmasına mühüm töhfə verəcəkdir.

Bundan əlavə, nəqliyyat və turizm kimi sektorlarda müşahidə olunan müvəqqəti zəifləmə daha çox qlobal xarici siyasətdə baş verən dəyişikliklər, geosiyasi amillər və beynəlxalq logistika sahəsində yaranan çətinliklərlə əlaqədardır. Bununla belə, yaxın dövrdə iri infrastruktur layihələrinin yenidən aktivləşdirilməsi və dövlət investisiyalarının artırılması bu sahələrdə canlanmanın təmin edilməsində əsas amillərdən biri kimi çıxış edəcək.

Həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin nəticəsi olaraq, əsas kapitala yönəldilən investisiyalar 14,9% artmış, neft-qaz sektorunda isə bu artım daha dinamik xarakter alaraq 44,6%-ə yüksəlib. Eyni zamanda, qeyri-neft-qaz sektorunun qeyri-dövlət bölməsi üzrə investisiyalarda 17,3% artımın qeydə alınması özəl sektorun iqtisadi fəallığının genişləndiyini əks etdirir.

Bununla yanaşı, 2026-cı ilin birinci rübündə qeyri-neft-qaz sektorunun ixracı 11,7% artmış, onun artım tempi ARDNF-nin qızıl idxalı istisna olmaqla idxalın artım tempini (1,2%) 10 dəfəyədək üstələmişdir.

Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 25,1% artaraq 281 milyon ABŞ dollarına bərabər olub. Müvafiq dövr üzrə ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4,5 dəfə, pambıq iplik 2 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 68,4%, pambıq lifi 43,5%, meyvə-tərəvəz 22,1%, alüminium və onlardan hazırlanan məmulatlar 20,4%, çay 15,1%, spirtli və spirtsiz içkilər isə 4,3% artıb. Həmçinin, aqrar məhsullar üzrə ixrac 26,6% artaraq 215,6 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 27,4% artaraq 88 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,8% artaraq 303,7 milyon ABŞ dollarına bərabər olub.

Bu artım dinamikaları ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində aparılan islahatların və qeyri-neft sektorunun inkişafına yönəlik tədbirlərin real nəticələr verdiyini, iqtisadiyyatın xarici şoklara davamlılığını və daxili resurslar hesabına dayanıqlı inkişaf imkanlarını nümayiş etdirir.

Qeyd edək ki, 10 aprel tarixində keçirilmiş İqtisadi Şuranın iclasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və biznes mühitinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm məsələlər ətraflı şəkildə müzakirə olunmuşdur. İclasın gündəliyində "Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup" tərəfindən hazırlanmış "Tikinti və kommunal infrastruktura qoşulma" və "Sənaye" sahələrində mövcud problemlər xüsusi diqqət mərkəzində saxlanılmışdır.

Bununla yanaşı, "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya" tərəfindən ölkədə sahibkarlıq mühitinin inkişafının dəstəklənməsi, rəqabətqabiliyyətliliyin artırılması və iqtisadi aktivliyin genişləndirilməsi məqsədilə sahibkarlar arasında idxal-ixrac əməliyyatları, maliyyə xidmətləri, vergi və turizm sahələrini əhatə edən sorğuların keçirilməsi dövlətin sistemli və çevik iqtisadi idarəetmə yanaşmasının bariz nümunəsi kimi çıxış edir. Bu istiqamətdə həyata keçirilən institusional islahatlar ölkənin biznes mühitinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət etməklə yanaşı, şəffaflığın artırılması və özəl sektorun qərarvermə prosesində iştirak imkanlarının genişləndirilməsinə də zəmin yaradır. Bu baxımdan qeyd etmək lazımdır ki, Dünya Bankı "Business Ready-2025" (B-Ready, "Biznesə daxilolma") hesabatı çərçivəsində ilk dəfə olaraq Azərbaycanı normativ-hüquqi baza, dövlət xidmətləri və əməliyyat səmərəliliyi göstəriciləri üzrə qiymətləndirib. Eyni zamanda, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən 2026-cı il üzrə Azərbaycanda iqtisadi artım proqnozlarının müvafiq olaraq 2,0 faiz və 2,2 faiz səviyyəsinə yüksəldilməsi ölkədə həyata keçirilən makroiqtisadi siyasətin dayanıqlılığını və struktur islahatların effektivliyini beynəlxalq səviyyədə təsdiqləyən mühüm göstərici kimi çıxış edir.

Bütün bu tədbirlər kompleks şəkildə ölkədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına, biznes mühitinin daha da təkmilləşdirilməsinə, dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsinə münbit şərait yaradır. Bununla yanaşı, "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" hazırlanır ki, bu çərçivədə müəyyən olunacaq hədəflər iqtisadi artımın keyfiyyətcə yeni mərhələyə keçidinin təmin olunmasına xidmət edəcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Aprel 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri