Icma.az
close
up
RU
Qlobal süni intellekt xərcləri 2026 cı ildə 2,5 trilyon dolları keçə bilər

Qlobal süni intellekt xərcləri 2026 cı ildə 2,5 trilyon dolları keçə bilər

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Süni intellektə qlobal xərclərin 2026-cı ildə illik 47 faiz artacağı proqnozlaşdırılır.

Banco.az xəbər verir ki, ABŞ-də yerləşən "Gartner" tədqiqat və konsaltinq şirkəti tərəfindən dərc edilmiş hesabata görə,  yanvar ayı proqnozunda bu  2,5 trilyon dollara çata bilər.

Hesabatda həmçinin bildirilir ki, mürəkkəb tapşırıqları əsasən müstəqil şəkildə yerinə yetirə bilən süni intellekt agentlərinin çoxalması ilə süni intellekt modelləri üçün qısamüddətli artım proqnozu 110 faizə qaldırılıb və təkcə bu il bu sahəyə əlavə 6 milyard dollar xərclənib.

"Gartner" şirkətinin vitse-prezidenti və baş analitiki Con-Devid Lovelok məsələ ilə bağlı qiymətləndirməsində süni intellekt infrastrukturuna çəkilən xərclərin bazar payının 45%-dən çoxunu təşkil edəcəyini bildirib və əlavə edib ki, süni intellekt üçün optimallaşdırılmış serverlərə xərclər növbəti 5 ildə üç dəfə artacaq:

"Bulud xidməti təminatçıları generativ süni intellekt modelləri və muxtar süni intellekt agentləri tərəfindən yaradılacaq iş yükünü gözləyərək tutumu artırırlar".

Lovelok, süni intellekt investisiyalarının indiyə qədər böyük texnologiya şirkətləri və bulud provayderləri tərəfindən idarə olunduğunu bildirib və ənənəvi şirkətlərin xərcləmə potensiallarını tam əks etdirmədiyini qeyd edib:

"Şirkətlər xərcləmə potensiallarını real nəticələrə çevirdikləri üçün 2026-cı il bu mənada dönüş nöqtəsi olacaq. Təşkilatlar hazırda süni intellektdən radikal dəyişikliklər əvəzinə tədricən səmərəliliyi artıran taktiki addımlar vasitəsilə istifadə edirlər. Buna görə də, İT menecerləri investisiyaların konkret kommersiya nəticələrini sübut etməkdə çətinlik çəkirlər. Uğur üçün süni intellekt təşəbbüslərinin strateji biznes məqsədləri ilə uyğunlaşdırılması vacibdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://banco.az
archiveBu xəbər 20 May 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri