Icma.az
close
up
RU
Qlobal iqtisadiyyat üçün yeni risklər

Qlobal iqtisadiyyat üçün yeni risklər

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Yaxın Şərqdə izlənilən proseslər, xüsusilə də Qəzzadan sonra İrana edilən hücumlar, təbii ki, dünyada siyasi və hərbi gərginlikləri artırıb. Son günlərdə Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa İttifaqı (Aİ), Şimali Atlantika Alyansı (NATO) və digər beynəlxalq səviyyəli platformalarda müzakirələrin intensivliyi artıb. Ekspertlər mümkün perspektiv ssenarilərin verə biləcəyi mənfi nəticələrdən ciddi narahatlıqlarını bildirirlər.

Lakin yeni başlayan müharibənin fəsadları yalnız hərbi və siyasi müstəvilərdə hiss olunmur. Paralel şəkildə qlobal iqtisadiyyat da bundan böyük dərəcədə təsirlənir.

Neft qiymətlərində artımlar

Son vaxtlarda enerji transformasiyaları ilə bağlı yeni çağırışlar yaransa da, ənənəvi enerji resursları, xüsusilə də neft və qaz qlobal iqtisadiyyat üçün vazkeçilməz üstünlüyünü saxlamaqdadır. Qazıntı yanacağına tələbat artan templə davam edir. Bu reallıq fonunda ortaya sual çıxır: İsrailin İrana hücumu və son günlərdə Amerika Birləşmiş Ştatlarının proseslərə qoşulması neft qiymətlərinə necə təsir göstərəcək? Narahatlıq ondan yaranır ki, İran neft-qaz ölkəsidir və burada enerji infrastrukturlarının geniş miqyasda hərbi əməliyyatların hədəfinə çevriləcəyi də istisna deyil. Artıq İranda bir neçə belə obyektə zərbələr endirildiyi barədə məlumatlar gəlib. Qeyd edək ki, İran gündə təxminən 4,8 milyon barel neft  hasil edir, onun 2,6 milyon bareli ixraca yönəlir. Kollektiv Qərbin sərt sanksiyalarına baxmayaraq, İranın neft və kondensat ixracı 2025-ci ildə əsasən Çinə olmaqla sutkada 1,7 milyon barel səviyyəsində sabitdir. İran həmçinin təxminən 800 min barel neft məhsulları (mazut, LPG, nafta) ixrac edir. Bu ölkə OPEC-in üçüncü ən böyük neft istehsalçısıdır.

İstehlakçı ölkələrin narahatlıqları müharibənin hər ötən günündə çox ciddi şəkildə öz təsdiqini tapır. Yaxın Şərqdə yeni müharibə ocağı alovlandıqdan sonra birjalarda neftin qiymətində ardıcıl artımlar müşahidə edilir. Əgər iyunun 13-nə qədər “Brent” markalı neftin 1 bareli 62 dollara satılırdısa, hazırda bu rəqəm 75-80 dollar həndəvərində dəyişir. Son məlumatlara əsasən, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,31 dollar artaraq 78,32 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,28 dollar artaraq 75,12 dollar təşkil edib. Ekspertlər isə müharibə davam etdikcə daha bədbin proqnozlar verirlər. “SS WealthStreet” tədqiqat şirkətinin təsisçisi Suqandha Saçdeva bildirib ki, geosiyasi gərginliyin artması Brent markalı neftin qiymətinin 100 dollara, hətta 120 dollara qədər yüksəlməsinə zəmin yaradır.

Hörmüz boğazı bağlanarsa...

Enerji resurslarının təchizat-tədarük zənciri üçün yaranan əsas risk amillərindən biri isə ABŞ-ın hücumları fonunda İranın Hörmüz boğazını bağlayacağı anonsunu etməsidir. Artıq bu ölkə parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib. Bu barədə İran parlamentinin Milli təhlükəsizlik komitəsinin üzvü İsmayıl Kövsəri bildirib. Qeyd olunub ki, qərarı İranın Milli Təhlükəsizlik Şurası təsdiqləməlidir.

Hörmüz boğazı Oman və İran arasında 33 kilometrlik su zolağıdır və dünya neft ehtiyatlarının beşdə biri buradan keçir. Boğaz ən böyük neft tankerlərinin keçidi üçün ideal məkandır. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, 2024-cü ildə boğazdan hər gün orta hesabla 20 milyon barel neft keçib ki, bu da qlobal neft mayeləri istehlakının təxminən 20 faizini təşkil edir. 2025-ci ilin birinci rübündə daşıma həcmləri dəyişməz qalıb. 2024-cü ildə Hörmüz boğazından keçən neftin 84 faizi və LNG-nin 83 faizi Asiyaya göndərilib. Əsas istehlakçılar Çin, Hindistan, Yaponiya və Cənubi Koreya olub. Qətər və BƏƏ-nin bütün maye qaz ixracatı Hörmüz boğazından keçir və bu, qlobal ticarətin 5-də bir hissəsini təşkil edir.

Mütəxəssislərin qənaətinə görə, Hörmüz boğazının qapadılması neftin daha 10 faiz bahalaşmasına gətirib çıxaracaq ki, bu da istehlakçı ölkələrdə yeni yüksək inflyasiya dalğasının başlanmasını qaçılmaz edəcək. Niderlandın ING şirkətinin fikrincə, Hörmüz boğazının bağlanması neftin qiymətinin labüd olaraq bir barel üçün 120 dollardan yuxarı qalxmasına gətirib çıxaracaq. Qlobal iqtisadiyyat buna öyrəşməyib. Eyni zamanda, OPEC + da  qiymət artımının qarşısını almaq üçün yetərli imkanlara malik deyil.

Həmçinin Hörmüz boğazının bağlanmasından Avropanın qaz bazarı da təsirlənə bilər. Dünyanın böyük istehsalçılarından olan Qətər artıq LNG tankerlərinə vəziyyətin gərginləşdiyi üçün Hörmüz boğazından kənarda gözləmələrini əmr edib. Qətər qlobal ticarətin təxminən 20 faizini təşkil edən üçüncü ən böyük LNG ixracatçısıdır və onun bütün daşımaları boğazdan keçir.

Xüsusilə bir sıra Asiya ölkələri üçün daha böyük təsirlərin olacağı ehtimal edilir. Asiya nəhəngi Çin neft idxalının demək olar ki, yarısını Hörmüz vasitəsilə alır. Hindistan, Yaponiya və Cənubi Koreya da Hörmüz boğazının bağlanacağı təqdirdə ciddi risklərlə üzləşə bilərlər. Alternativ marşrutlara üz tutulması, xüsusilə də tankerlərin Afrikanı dövrə vurmaq məcburiyyətində qalması ilə qlobal daşıma xərcləri kəskin artacaq...

MÜBARİZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 İyun 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri