Icma.az
close
up
RU
Qloballaşma sona çatır? Azərbaycanın illər əvvəl dəf etdiyi təhlükə

Qloballaşma sona çatır? Azərbaycanın illər əvvəl dəf etdiyi təhlükə

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Trampın yeni tarifləri qlobal iqtisadiyyatı və siyasəti sözün əsl mənasında, çaş-baş salıb. Artıq bir çox ölkə və ittifaqlar yeni çətir altında birləşmək axtarışına çıxıb və prosesin mövcud dünya nizamını dəyişdirdiyi qənaətindədirlər. Hətta Böyük Britaniyanın Baş naziri Kir Starmer Trampın tətbiq etdiyi ticarət tarifləri ilə bağlı açıqlamasında bildirib ki, dünya dəyişib, qloballaşma başa çatıb və artıq yeni dövrə qədəm qoyulub:

"Qloballaşma, xüsusən də son onilliklərdə sosial və iqtisadi ədalətsizliklərə səbəb olub, bəzi bölgələrdə, işçi sinfi və yerli iqtisadiyyatlar üzərində mənfi təsir yaradıb. Qloballaşmanın faydaları yalnız müəyyən ölkələrə və ya sosial təbəqələrə aid olub, xüsusi ilə də zəngin ölkələr və böyük şirkətlər bundan daha çox fayda qazanıb. Yerli iqtisadiyyatlar isə mənfi nəticələrlə üzləşib".

Qloballaşma nədir?

Qloballaşma dünyanın müxtəlif regionları və ölkələri arasında iqtisadi, sosial, mədəni və texnoloji əlaqələrin artması və birləşməsi prosesidir. Qloballaşma fərqli ölkələr və cəmiyyətlər arasında sərhəd tanımayan əlaqələr və inteqrasiyanın güclənməsini ifadə edir. Bu proses insanları, məhsulları, xidmətləri, ideyaları və məlumatları bir-birinə daha da yaxınlaşdırır, nəticədə qlobal bir şəbəkə və sistem yaranır. Göründüyü kimi, nəzəriyyə ilk baxışdan müsbət təsir bağışlasa da, əslində, böyük güclər bu siyasəti öz maraqları üçün istifadə edərək mahiyyətini dəyişib, bu ideologiyadan müxtəlif regionları və ölkələri istismar etmək, onların daxili işlərinə qarışmaq və özününkiləşdirmək üçün istifadə ediblər. Bu da təkqütblü dünya nizamı ilə nəticələnib ki, gedişat bəşəriyyət üçün ciddi problemlərə yol açıb.

Təkqütblü sistem

Təkqütblü sistem dünya siyasətində bir dominant gücün hər şeyə nəzarət etdiyi və beynəlxalq əlaqələrin əsasən bu gücün iradəsi ilə formalaşdığı vəziyyəti təsvir edir. ABŞ 1990-cı illərdən başlayaraq, yəni SSRİ dağılandan sonra bu sistemin əsas nümunəsi olub. Təkqütblü bir sistem isə bu gün ədalətsizliyə və gərginliyə səbəb olmaqdan başqa bir işə yaramır. Donald Trampın hakimiyyətə gəlməsi ilə artıq demək olar ki, hər kəs bu sistemin sona çatması ilə barışıb.

Bəs qloballaşmanın zəifləməsinin hansı müsbət və mənfi təsirləri ola bilər?

Qloballaşma zəiflədikdə daha çox regional və yerli iqtisadiyyatların ön plana çıxması ehtimalı yaranır. Çünki qlobalistlərin siyasəti həmişə təkqütblü siyasətə əsaslanıb ki, bu da digər ölkələrin inkişafına mane olub. Bu gün çoxqütblü sistemə keçidin tərəfdarlarının artması da əbəs deyil. Çünki qloballaşmanın zəifləməsi, yerli istehsalın və kiçik bizneslərin inkişafını stimullaşdıra bilər. Dövlətlər iqtisadiyyatlarını xarici təsirlərdən daha az asılı etməyə çalışar ki, bu da yerli iqtisadiyyatların möhkəmlənməsi deməkdir. Qloballaşmanın zəifləməsi ilə ölkələr daha çox öz tədarük zəncirlərinə diqqət yetirə bilər və bu da qlobal tədarük zəncirlərindəki kəsintilərin və qeyri-müəyyənliklərin azalmasına, ölkələrin iqtisadiyyatlarının daha dayanıqlı olmasına gətirib çıxara bilər. Qloballaşmanın zəifləməsinin həm də ətraf mühitin qorunması sahəsində də müsbət təsirlər yaratması istisna deyil. Daha lokal istehsal və istehlak modelinə keçid, daha az nəqliyyat və resurs israfı olacaq ki, bu, karbon dioksidin azaldılmasına və ekosistemlərin qorunmasına kömək edə bilər. Qloballaşmanın zəifləməsi zəngin və yoxsul ölkələr arasındakı uçurumun azaldılmasına da kömək edə bilər. Çünki qloballaşma adətən inkişaf etməkdə olan ölkələrə zərər verir. Bu sistemin mənfi təsirlərinə gəlincə, ölkələr arasında daha çox ticarət maneələri və tariflər tətbiq edilərsə, bu da daha yüksək istehsal xərclərinə və qiymət artımlarına yol açar. Bəzi inkişaf etməkdə olan ölkələr və daha kiçik iqtisadiyyatlar, qlobal bazarda daha çox geridə qala bilər. Lakin nəticə olaraq deyə bilərik ki, qloballaşmanın zəifləməsinin dünya iqtisadiyyatında və siyasətində müsbət təsirləri mənfi təsirlərindən daha çoxdur. Çünki bu, daha regional və yerli yanaşmaların üstünlük qazandığı bir dövrü gətirə bilər.

Azərbaycanın dəf etdiyi təhlükə

Bu yerdə Prezident İlham Əliyevin qloballaşmanın mahiyyətindən kənara çıxdığını həllə illər əvvəl diqqətə çatdırdığını və milli maraqların nə qədər önəmli olduğunu vurğulamasını qeyd etmək yerinə düşər. Ölkə başçısı hələ 2022-ci ilin 2 fevralında Gənclər Forumunda bildirmişdi ki, qloballaşma bu gün başqa ad altında kök salır, Azərbaycan cəmiyyəti və iqtidarı birmənalı şəkildə milli maraqların keşiyində dayanır:

"Bu meyilin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma, yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər, dırnaqarası dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir. Uzaq tarixə nəzər salsaq görərik ki, məqsəd və məram dəyişmir, forma, mübarizə üsulları dəyişir. Hegemonluq uğrunda mübarizə, xüsusilə böyük önəm daşıyan ölkələr, zəngin təbii resurslarla özünü təmin etmiş ölkələr və çox strateji coğrafi yerləşməyə malik olan ölkələr xüsusi diqqət cəlb edir. Azərbaycan da bütün bu amilləri özündə ehtiva etdiyi üçün biz bunu hər zaman, müstəqillik illərində dəfələrlə görmüşük. Bax, bu niyyətlə üzləşirik, buna müqavimət göstəririk və deyə bilərəm ki, bu təhlükələri dəf edə bilmişik. Bu gün Azərbaycan cəmiyyəti və Azərbaycan iqtidarı birmənalı şəkildə milli maraqların keşiyində dayanır".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Aprel 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri