Icma.az
close
up
RU
Qloballaşma, yoxsa dəyərsizliyə inteqrasiya?

Qloballaşma, yoxsa dəyərsizliyə inteqrasiya?

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Son dövrlərdə cəmiyyətimizdə bəzi qüvvələr tərəfindən milli-mənəvi dəyərlərə qarşı hücumlar artıb. Öz əxlaqını, vicdanını, namusunu, dəyərlərini qoruyan insanlara Söylü demiş belə birtəhər baxırlar. Bu prosesi hansı qüvvə və kim tərəfindən idarə edilir, Şərif demişkən, “subutalni, dokumentalnı” sizə deyə bilmərəm, amma necə və niyə edir bu haqda bəzi mülahizələrim var.

Avropa, Qərb dəyərləri adı altında bəzi beynəlxalq və yerli mərkəzlər tərəfindən bizə sürətlə və ardıcıl sırınan dəyərlərin mənəvi tərəfləri faciədir. Bu mənəvi deqradasiyanın Qərb cəmiyyətlərini hansı sosial-mənəvi nəticələrə gətirib çıxardığı haqda çoxsaylı faktlarla bağlı elə Qərb tədqiqatçılarının ciddi əsərləri var.

Bəli, etiraf etməliyik ki, qloballaşma prosesində birtərəfli inteqrasiya ciddi problemlərə yol aça bilər. Bəzi dairələr bəzi Qərb ölkələrinin iqtisadi və texniki inkişafını əsas götürüb bizim də onların mənəvi dəyərlərini qəbul etməyimizə çağırırlar. Bunu çox vaxt maddi, texnoloji inkişafla bağlayıb deyirlər ki, görürsünüzmü, Qərb ölkələri mənəvi dəyərləri kənara qoyublar deyə necə inkişaf ediblər.

Lakin bir ağıllı çıxıb onlara tək bir Yaponiyanı, Çini nümunə göstərəndə boğazları quruyur. İndi necə izah etsinlər ki, yaponların, çinlilərin timsalında bir şərq xalqı öz dəyərlərini, mədəniyyətini, dinini, ənənələrini, əxlaqını qoruyaraq da dünyanın ən inkişaf etmiş xalqına çevrilə bilir. Tərslikdən də, Çin və Yaponiya Qərbdə yox, Şərqdə yerləşirlər. Qısası, o arqumentə, necə deyərlər bir quş.

İkinci arqument insan hüquqları adı altında cəmiyyətimizə sırınan dəyərlərdir. Məsələn, qadın hüquqları, uşaq hüquqları, cinsi azlıqların hüquqları və s. Mən başa düşmürəm, bizim cəmiyyətdə qadınlar, uşaqlar, xəstələr kimsə tərəfindən əzilirmi? Psixi xəstələr tərəfindən edilən tək-tük kriminal hərəkətləri nəzərə almasaq, xeyr!

Kişilərin həmişə qadınlara diqqətlə, qayğıyla, fədakarlıqla yanaşdığını görmüşük. Azərbaycan qadını həm evinin, ailəsinin xanımı olub, həm də cəmiyyətə xeyirli ictimai fəaliyyət göstərib. Qadın azadlığı budur, indi kommersiya TV-lərində, internetdə, seriallarda təbliğ olunanlar deyil. Məncə, bir xanımın elmi ixtiralar etməsi üçün onun ictimai yerlərdə yarıçılpaq gəzməsi və ya müxtəlif kişilərlə qeyri-qanuni münasibətlərdə olması tələb olunmur.

Bizim ailə institutumuzda və cəmiyyətimizdə qadının, qızın öz layiqli yeri var. Amerikalı və avropalıya azərbaycanlı kişinin öz anası, xanımı, bacısı, qızı uğrunda düşünmədən canını qurban verməsi bəlkə qəribə gələr, amma bizdə bu, müzakirəsi belə mümkün olmayan avtomatik reaksiya hesab olunur.

Bizdə uşaqlar döyülüb öldürülürmü? Xeyr! Sadəcə valideyn bəzən tərbiyəsi pozulmasın deyə uşağına qulaqburması verir. Əks halda, həmin uşağın axırı hippiyə, emoya, ən yaxşı halda cinayətkara və ya narkomana çevrilər. Uşağını qorumaq, onun pozulduğunu gördükdə cəzalandırmaq valideynin borcu və haqqıdır.

Məgər dövlət cinayət törədən vətəndaşı cəzalandırmırmı? Məgər bəzi qayda və qanunlar, tələblər havayı yerəmi qoyulub? Niyə valideynin öz uşağını danlamağa, qulaqburması verməyə haqqı çatmamalıdır? Bəlkə 15 yaşlı qızcığaz gecə saat 3-də pritondan atasına zəng eləyib desin ki mənim bəzi vacib işlərim var, özüm kefim istəyəndə evə gələcəm? Xeyr,bağışlayacaqsınız, bunlar hüquq deyil, anarxiyadır, mənəvi deqradasiyanın kulminasiyasıdır. Kəsəsi, bu arqumentə də bir quş.

İndi isə keçək yad dəyərlərin təbliğatçılarının ən yaralı yerlərindən birinə- cinsi azlıqların hüquqları məsələsinə. Bizim cəmiyyətdə cinsi azlıq nümayəndəsi şallaqlanırmı, ya da küçədə döyülürmü? Xeyr! Sadəcə, onlar cəmiyyətə nümunə göstərilib başa çıxarılmır. Onlara vəziyyətdən asılı olaraq ya xəstə kimi, ya da əxlaqi cəhətdən pozğun adam kimi baxırlar. Ən əsası onlar digər vətəndaşların istifadə etdiyi bütün sosial və sair hüquqlardan yararlanırlar. Bəlkə onlara, eyni işə görə normal adamlardan az maaş verilir, bəlkə onlar əmlak, sosial təminat, əmək hüququ məsələlərində ayrı-seçkiliyə məruz qalırlar? Xeyr.

Yaxşı, bəs onda nə deyib bizim ailə institutumuzu dağıtmaq, cəmiyyət əxlaqını dəyişmək istəyirlər? Çətin sualdır. Bunu bir zəhmət bu işlə ciddi məşğul olan beynəlxalq və yerli təşkilatların rəhbərlərindən soruşun. Mən imkan düşdükcə soruşuram ki, boğazları qurusun...

Dəyərlər dəyişib, dəyişir, dəyişəcək. Amma bu dəyişmə mütləq mənfi istiqamətdəmi olmalıdır? Müsbətə doğru dəyişmək olmazmı? Məgər mənəvi keyfiyyətlər maddi nemətlərdən istifadə, elmi-texniki inkişaf üçün problem yaradır? Yuxarıdakı nümunələrdə gördüyümüz kimi, yaratmır!

Deməli, inkişaf üçün milli-mənəvi dəyələri itirməyə, onu yad dəyərlərlə əvəzləməyə ehtiyac yoxdur. Hər mədəniyyətin özünün psixoloji-ruhi-mənəvi dəyərlər sistemi var. Texnoloji inkişafın bura heç bir dəxli yoxdur. Olsaydı, konservativ Yaponiya və ideoloji Çin ilə novator Amerika və rasional Avropa arasında elmi-texnoloji cəhətdən fərqlər çox olardı.

Mənə şəxsən aydın deyil, inkişaf etmək üçün mənəvi dəyərləri başqa sivilizasiyadanmı qəbul etməliyik, özümüzünkü yaramırmı? Yaramırsa, niyə misal üçün Sovet dövründə, həm dəyərlər qorunurdu, həm də ictimai, sosial, mədəni, elmi, texnoloji inkişaf gedirdi? Elə indi də, milli-mənəvi dəylərlərimiz elmi-texniki inkişafımıza heç bir problem yaratmır.

1-ci və 2-ci Qarabağ müharibəsində canını vətən və xalq uğrunda qurban verən gənclərimiz hansı tərbiyəni almışdılar? Əlbəttə ki, milli-mənəvi dəyərlərlə tərbiyə olunmuşdular. Onların arasında qulağı sırğalı, başı kəkilli, kalqotkla şalvarlı, güllü köynəkli, “azad seks” tələb edən, qərb dəyərlərinə inteqrasiya etmiş gənclərə heç rast gəlmədik. Geyim, düşüncə azaddır deyib keçməyəcəyik, hər şey elə geyimdən, davranışdan, düşüncədən başlayır. Geyim əxlaq ölçüsü deyil iddiaları gülüncdür. Geyim əsas əxlaqı ölçülərindən biridir. Çünki, məsələbn hələ heç bir ölkədə özünə və başqalarına hörmət edən əxlaqlı qadının fahişə geyimində gəzməsi faktına rast gəlinməyib.

Bizim elmi, texnoloji, vətəndaş cəmiyyəti kimi məsələlərdə dünyanın inkişaf etmiş ölkələrinə inteqrasiya olunmağımız lazımdır, amma bunu mənəvi-əxlaqi məsələlərlə bağlı demək mümkün deyil.

Yuxarıda göstərdiyimiz kimi, “müasir” dəyərlərin Qərb cəmiyyətlərini çox ağır mənəvi deqradasiyaya məruz qoyduğu, ailə institutunu dağıtdığı beynəlxalq təşkilatların hesabatlarında aydın şəkildə göstərilib. Təəssüf ki, müasir qərb dəyərlərinə keçəndən sonra bizdə də bu göstəriclər faciəvi həddə çatıb. Amma özümüzə dönməyimiz üçün hələ də gec deyil.

Qloballama isə yalnız bütün cəmiyyətlər tərəfindən qəbul edilən bəşəri dəyərlər üzərində qurulmalıdır, hansısa cəmiyyətin öz dəyərlərini bütün dünyaya qəbul etdirilməsi üzərində yox.

Azərbaycan öz qədim, möhtəşəm milli-mənəvi dəyərləri üzərində öz inkişafını davam etdirməlidir. Prezident İlham Əliyev çıxışlarında özünün və dövlətin bu məsələdəki qəti və konkret mövqeyini dəfələrlə aydın şəkildə ortaya qoyub. Bəzi sitatları əlavə edirik.

“Biz milli-mədəni dəyərlərimizi gələcək nəsillər üçün qorumalıyıq ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin. Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Çünki bu gün qloballaşma prosesi gedir. Bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər. Budur bunun təməlində dayanan əsas məqsəd.

Əlbəttə ki, indi qloballaşma deyəndə bəziləri bunu inteqrasiya, dünyanın yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən inkar etmək istəmirəm. Ancaq, eyni zamanda, açıq-aydın görünür, bu siyasətlə böyük dairəyə hakim olmaq, təsir imkanlarını genişləndirmək istəyirlər ki, xalqlar öz köklərindən ayrılsınlar, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün olsun. Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Bu gün Azərbaycan müasir, inkişaf edən ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyətdir. Həmişə də belə olmalıdır. Nə qədər ki, bizim hökumət iqtidardadır, bu, belə olacaq. Ölkəmizin müstəqil həyatı üçün bu, əsas şərtdir...

...Bəzi hallarda belə sözlər işlədilir ki, biz Avropaya inteqrasiya etməliyik. Mən artıq dəfələrlə demişəm, biz heç yerə inteqrasiya etməməliyik... biz haraya inteqrasiya etməliyik? “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik...”.

Hesab edirəm ki, dövlətimizin rəsmi mənəvi-ideoloji kursu haqda əlavə şərhə ehtiyac yoxdur. İndi qalır bu siyasətə qarşı çıxan xarici və daxili qüvvələri zərərsizləşdirmək. Bununla isə aidiyyatı dövlət orqanları məşğul olmalıdır. Biz isə cəmiyyət olaraq öz dəyərlərimizi qorumalı və yaşatmalıyıq. Əgər bir millət olaraq mənəvi cəhətdən məhv olmaq istəmiriksə…

Elçin Bayramlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Dekabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri