Icma.az
close
up
RU
QMİ sədri: Azərbaycan sivilizasiayalararası dialoqa real töhfələr vermək iqtidarındadır

QMİ sədri: Azərbaycan sivilizasiayalararası dialoqa real töhfələr vermək iqtidarındadır

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan sivilizasiayalararası dialoqa real töhfələr vermək iqtidarındadır.

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Portuqaliyanın Kaşkaiş şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının (UNAOC) "Sülhdə birlik — etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda keçirilən X Yubiley Qlobal Forumunda deyib.

Şeyxülislam A. Paşazadə bildirib ki, qütbləşən, real nüvə təhlükəsi ilə üz-üzə qalan dünyada, ksenofobiya təzahürlərinin, milli, dini, irqi zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının artmaqda olduğu hazırki dövrdə qlobal miqyasda etimadın bərpası ədalətli və rifahlı gələcəyin formalaşdırılması üçün zəruri şərtdir.

O qeyd edib ki, sülh və gələcəyə dair qlobal problemlərin həlli yönündə dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, sivilizasiyalar və dinlərarası dialoq və əməkdaşlıq, multikulturalizm ideyaları xüsusilə özəl əhəmiyyət kəsb edir.

A. Paşazadə deyib ki, müasir dövrün çağırışları bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur:

"Məhz nifrətin ideoloji təsirləri nəticəsində dinlərin müqəddəs dəyər və atributlarının təhqir olunması halları artır, din adından siyasi məqsədlər üçün sui-istifadə olunur. Biz, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, habelə antisemitizm, islamofobiya və xristianafobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının, mədəni irs nümunələri və abidələrinin təhqir olunması hallarını qətiyyətlə pisləyirik".

QMİ sədri A.Paşazadə bildirib ki, bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərində şəhər və kəndləri bərpa edir:

Sədr Azərbaycanın dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələri, multikultural ənənələrinə sadiq qalaraq bütün dinlərə məxsus abidələri - məscid və məbədləri yenidən bərpa və inşa etdiyini, minalanmış torpaqları təmizləyərək genişmiqyaslı yenidənqurma işləri apardığı barədə danışıb.

Bildirib ki, kultursidə məruz qalmış ərazilərində dini-mənəvi irsin bərpa və qorunması yönündə görülən işlərə BMT Sivilizasiyalar Alyansının dəstəyini bu illər ərzində hər zaman hiss edilib:

Onun sözlərinə görə, dinlərarası əməkdaşlıq və məzhəblərarası anlaşmanın nadir nümunəsinə malik Azərbaycan sivilizasiayalararası dialoqa real töhfələr vermək iqtidarındadır".

"Sivilizasiyaların toqquşdurulması cəhdlərinin qarşısının alınması, qlobal problemlərin həlli üçün dünyada beynəlxalq hüquq normaları ilə yanaşı ümumbəşəri mənəvi dəyərlərə istinad zəruridir. Sivilizasiyalar Alyansı iki onillik zəngin və dəyərli təcrübəsi ilə özünü effektiv dialoq və əməkdaşlıq müstəvisi kimi təsdiq etmişdir. Biz dini liderlər Sivilizasiyalar Alyansının bəşəri sülh və qarşılıqlı anlaşma istiqamətində səylərini təqdir edir, dəstəkləyirik", - A.Paşazadə vurğualyıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://report.az
archiveBu xəbər 28 Noyabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri