Icma.az
close
up
RU
Menu

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

Azərbaycan Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarındadır Deputat

Azərbaycan Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarındadır Deputat

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda səfərdə olan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşü olub.

Görüşlə bağlı fikirlərini Redaktor.az-a bildirən millət vəkili Bəhruz Məhərrəmov bildirdi ki, Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri və Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü Bakı-Dəməşq münasibətlərində yeni və tam fərqli məzmunda mərhələdir:

"Görüşdə dövlət başçımızın da qeyd etdiyi kimi, "uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluq olub və Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb".

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü və müzakirələrin məzmunu da deməyə əsas verirdi ki, Suriyada Əsəd rejiminin devrilməsindən Bakı məmnun qalıb və tam yeni geosiyasi şəraitin hökm sürdüyü bir şəraitdə Bakı-Dəməşq əməkdaşlığı üçün böyük perspektivlər açılıb".

Deputatın sözlərinə görə, tarazlaşdırılmış xarici siyasətin çoxşaxəliliyinə üstünlük verən Azərbaycan Vətən müharibəsi və antiterror tədbirlərində cənab İlham Əliyevin rəhbərliyi altında qazandığı hərbi-siyasi qələbələri ilə suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı inkişafı, əhalisinin rifah və dəyərlərinin qorunmasına təsir edən amillərin güclənməsində ehtiva olunan yeni reallıq yaradıb:

"Ötən dövr ərzində etibarlı tərəfdaş kimi özünü təsdiq edən, regionun yeni hərbi-siyasi güc mərkəzi rolunu oynayan Azərbaycanla əməkdaşlıq, təbii ki, regionda sağlam maraqları olan, o cümlədən maraqlarını sağlamlaşdırmağa hazır olan subyektlər üçün çox önəmlidir. Bu çərçivədə ölkəmizin xarici siyasət kursunun vacib istiqamətlərindən biri Yaxın Şərqlə əlaqələrdir. Bakıda həmişə hesab edilib ki, Azərbaycan Respublikasının Yaxın Şərq dövlətləri ilə münasibətləri də böyük potensiala malikdir və bu mənada, ölkəmiz bu dövlətlərlə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində səyləri davam etdirəcəkdir. Vətən müharibəsi və antiterror tədbirləri ilə Cənubi Qafqazda yaranan yeni təhlükəsizlik konfiqurasiyası, habelə Suriya ətrafında yaranan yeni təhlükəsizlik arxitekturası tamamilə yeni geosiyasi mühit formalaşdırıb. O cümlədən Azərbaycanın hərbi-siyasi qələbələri ilə artan lider rolu, şəxsən cənab İlham Əliyevin malik olduğu qlobal nüfuz Bakını proseslərə həlledici təsirə malik gücə çevirib. 

Məlumdur ki, Əsəd rejiminin təcavüzkar siyasəti səbəbindən Bakı-Dəməşq münasibətləri 10 ildən artıq bir dönəmdə iflic vəziyyətinə düşmüş, Əsəd iqtidarı açıq formada Ermənistanın işğal və təcavüz siyasətinə açıq dəstək vermişdir. Bu mənada, Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar möhtərəm Prezidentimiz məmnunluğunu açıq formada bildirərək dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilmiş, uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyəti bərpa edilmişdir".

B.Məhərrəmov qeyd etdi ki, öz növbəsində Əhməd Əl Şaraa da istər Türkiyədəki görüşdə, istərsə də Bakıya səfəri zamanı ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu açıq formada ifadə etməkdədir.

"Dövlət başçılarının geniş tərkibdə görüşündə də ifadə olunduğu kimi, Suriya hazırda ciddi enerji problemi ilə üzləşib və Azərbaycan isə Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarındadır. Təsadüfi deyil ki, yaxın zamanlarda Türkiyə ərazisindən Suriyaya qaz ixracı layihəsi həyata keçiriləcək. Göründüyü kimi, bir sıra Avropa ölkələrinin yanı sıra, Azərbaycan Suriyanın da enerji təhlükəsizliyinə töhfə verərək dolayısı ilə milli təhlükəsizliyində rol alacaq. Lakin Bakı Suriya siyasətində bununla kifayətlənmək niyyətində deyil. Liderlərin görüşündə də ifadə olunduğu kimi, Azərbaycanla Suriya arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq, o cümlədən suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası ilə bağlı məsələlər gündəmdədir. Habelə Azərbaycan Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində həm tək, həm də Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatında iştirak etməyə hazırdır",- deyə deputat vurğuladı.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 İyul 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see318

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see196

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see187

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see187

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see185

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see169

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see152

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see148

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see140

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see130

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see128

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see128

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see127

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see127

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see125

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

12 Oktyabr 2025 08:12see124

38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

12 Oktyabr 2025 11:21see123

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see122

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see122

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri