Qobu Park 2 yaşayış massivində problem: Suya həsrət qalıblar
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-2" yaşayış massivində içməli suyun verilişində fasilələr yaranıb.
Oxu.Az-a daxil olan məlumata görə, vəziyyət artıq üç gündür ki, davam edir.
Sakinlər qeyd edirlər ki, gün ərzində dörd-beş saat - təxminən saat 20:00-00:00 arasında içməli su verilir.
Səbəb kimi isə Səngəçal-Qaradağ magistral su xəttində qəzanın baş verdiyi göstərilir.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) sorğu verilib.
Aytac Qasımova

Qobu Park 2 də əyilən binalar daha bir problem yaradıb
25 İyul 2025 15:46
Sabirabad sakinləri içməli suya həsrət qalıblar
30 Avqust 2025 02:09
Xırdalan sakinləri suya həsrət qalıblar: Problem nə vaxt həll olunacaq?
30 İyul 2025 01:13
Qobu Park 2 də mənzillərin divarları çatlayır ŞİKAYƏT
21 Aprel 2025 15:28

