Icma.az
close
up
RU
Qobuda telefon üstündə dava: Ər arvadına xəsarət yetirdi

Qobuda telefon üstündə dava: Ər arvadına xəsarət yetirdi

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron rayonunda ər-arvad arasında yaşanan mübahisə sonda cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 25 iyun 2025-ci ildə rayonun Qobu qəsəbəsi, yeni yaşayış massivində baş verib. 
Şərur rayon sakini, 1996-cı il təvəllüdlü Vəli evində arvadı Vüsalənin (adlar şərtidir – red.) bir müddət əvvəl ona acıq edərək valideynlərinin evinə gedib, daha sonra qayıtması, habelə istifadəsində olan mobil telefon aparatını baxmaq üçün ona verməməsi səbəblərindən onunla mübahisə edib. 
Aralarında yaranmış narazılıqla bağlı mübahisə baş verən zaman əsəbiləşən Vəli çarpayıda əyləşmiş vəziyyətdə olan Vüsalənin üzərinə hücum edib. Onun saç və qollarından tutaraq özünə tərəf zorla dartıb, habelə əlindən dişləyib və əlinin dırnaqları ilə boğazını cırmaqlayıb. 
Hadisəni törədən Vəlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Vəli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Vüsalə ilə rəsmi olaraq ailə həyatı qurub və həmin evlilikdən bir azyaşlı övladı var: “Təxminən 3 ay bundan əvvəl Vüsalə məndən küsərək valideynlərinin yaşadığı Sumqayıt şəhərində yerləşən evlərinə getdi. Bu müddətdə ayrı  yaşadıq. İyunun 22-də Vüsalənin atasıgilə gedərək onu götürüm və azyaşlı övladı ilə birlikdə evimizə gətirdim. Bir neçə gün Vüsalə ilə mehriban yaşadıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 25-də  Vüsalə ilə aralarında sözlə mübahisələri baş verib: “Mübahisəyə səbəb Vüsalədən mobil telefonu baxmaq üçün istəməyim, lakin onub telefonu verməməsi olub. Həmin vaxt evdə çarpayanın üzərində oturmuş Vüsalənin qolundan əllərim ilə tutaraq özümə tərəf çəkdim və sonra isə dırnağım ilə boğaz nahiyəsinə xəsarət yetirdim. Daha sonra isə dişim ilə onun qolundan dişlədim”. 
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkən ona bağışlayıb, ona qarşı şikayətini geri götürüb. 
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işinin icraatına xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Noyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri