Icma.az
close
up
RU
Qocalmış ürək hüceyrələrini bərpa etmək mümkün olacaq

Qocalmış ürək hüceyrələrini bərpa etmək mümkün olacaq

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Yapon alimləri ürəyin qocalmasını ləngitməyin və hətta onun fəaliyyətini qismən bərpa etməyin yolunu tapıblar. Qakuşuin Universitetinin professoru Şigeru Yanaqinin rəhbərliyi ilə aparılan araşdırmalar bu sahədə inqilabi yenilik vəd edir.
Demokrat.az xəbər verir ki, bu barədə "RİA Novosti" yaponiyalı alimə istinadən məlumat yayıb.
Professor Yanaqi və həmkarları təbii maddə olan berberin əsasında əldə edilən "mitorubin"in siçan hüceyrələri üzərindəki təsirini öyrəniblər. Məlum olub ki, bu maddə bədəndə enerji istehsalına cavabdeh olan mitoxondrilərin işini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Alim mitoxondriləri hüceyrənin "elektrik stansiyaları" adlandıraraq qeyd edib ki, yaş keçdikcə onların həm sayı azalır, həm də funksiyaları zəifləyir.
Tədqiqat nəticəsində mitorubinin "mitoxondrilərin keyfiyyətinə nəzarət sistemi" sayılan "MITOL" molekullarını artırdığı üzə çıxıb. Bu molekulların səviyyəsi yaşla bağlı azaldığı üçün mitorubin beynin və ürəyin enerji istehsal etmək qabiliyyətini yenidən gücləndirir.
"Bundan əlavə, mitoxondrilərin sayı da artır. Beləliklə, heyvan modelləri üzərində aparılan sınaqlar göstərdi ki, yaşla bağlı ürək funksiyalarının zəifləməsini ləngitmək və ya yaxşılaşdırmaq mümkündür" – deyə Şigeru Yanaqi bildirib.
Lakin mütəxəssis xəbərdarlıq edib ki, bu nəticələr hələlik yalnız heyvanlar üzərində əldə edilib. Eyni effektin insanlarda da yaranıb-yaranmayacağını müəyyən etmək üçün əlavə yoxlamalara ehtiyac var. Alim vurğulayıb ki, mitoxondrilərin işinin zəifləməsi bir çox qocalıq xəstəliklərinin əsasını təşkil edir və bu araşdırmanın uğuru gələcəkdə yeni müalicə üsullarının yaranmasına yol aça bilər.
Yəni, alimlər xüsusi maddə sayəsində hüceyrələrin enerji mənbəyini bərpa edərək ürəyin ömrünü uzatmağın mümkünlüyünü sübut ediblər.
İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Aprel 2026 05:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri