Icma.az
close
up
RU
Tarixi tapıntıları öz övladı kimi sevən qocaman tarixçi

Tarixi tapıntıları öz övladı kimi sevən qocaman tarixçi

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ölkəmizin ərazisi tarixi abidələrlə zəngindir. Vətənimizin bir parçası olan Cəlilabad rayonunda da tarixi tapıntılara tez-tez rast gəlinir. Bu tapıntılarla bağlı bir neçə yerli tarixçinin fikirləri öyrənilir.

Belə mütəxəssislərdən biri tarix müəllimi olan Elşad Əmənovdur.

Oxu.Az xəbər verir ki, tarixçi rayonun Şatırlı kəndində yaşayır.

Elşad Əmənov 1957-ci il də Cəlilabad rayonunun Şatırlı kəndində anadan olub.

Tarixçinin sözlərinə görə, onda bu sahəyə maraq elə məktəb dövründən yaranıb:

"Mən əslində bütün fənləri eyni səviyyədə oxumuşam. Daha sonra tarixçi ixtisasına qəbul olduqdan sonra həyatım bu sahəyə bağlandı".

Elşad müəllim həmçinin deyir ki, Cəlilabad Rayon Tarix Diyarşünaslıq muzeyinə indiyə qədər 1 327 ədəd akt əsasında tapıntı təhvil verib:

"Bu tapıntıların bəziləri rayon ərazisində, bəziləri isə kəndimizin ərazisində tapılıb. Onları yerli sakinlər, həmçinin şagirdlərim aşkar ediblər. Kim nəsə tarixi tapıntı aşkar edirsə, gətirib mənə təhvil verir. Mən də onu araşdırıb, yekunda məqalə hazırlayıram. Hədəfim 1 500 tarixi tapıntı təhvil verməkdir".

Tarixçinin sözlərinə görə, o, bir neçə ilk tarixi tapıntılara şahidlik edib:

"Bunlara Cəlilabad rayonu ərazisində tapılmış ilk döyüş baltasını, yeganə kəl heykəlini, Şatırlıda tapılmış Runik yazı sistemi olan daş kitabəni aid etmək olar. Bunlardan ən əhəmiyyətlisi ilə dünya əhəmiyyətli hesab olunan daş kitabə və saxsı üzərində olan ən qədim yazı nümunələrindən olan işarələrdir. Bu işarələri hələ də oxumaq mümkün olmayıb. Cəlilabad rayonunun ərazisi sanki tarix üzərində yerləşir. Rayon ərazisi tarixi abidə, əşyalarla zəngindir".

Qocaman tarixçi Elşad Əmənov hal-hazırda təqaüdədir. Uzun illər Şatırlı kənd məktəbində tarix müəllimi işləyib. Elşad müəllimə bu şərəfli işdə yorulmaz fəaliyyət və uğurlar arzulayırıq.

Aytac Qasımova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 İyul 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri