Icma.az
close
up
RU
“Mozalan”ın qocaman rejissoru Ziyafət Abbasov

“Mozalan”ın qocaman rejissoru Ziyafət Abbasov

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Musavat.com-un əməkdaşı 90 yaşlı rejissor, ssenari müəllifi Ziyafət Abbasovla söhbətləşib.

Bütün ömrünü sənətə, yaradıcılığa həsr edən Z. Abbasovun filmoqrafiyasına 130-dan artıq film daxildir. “Mozalan” kinojurnalı üçün 40-a yaxın bədii və sənədli süjet hazırlayıb.

– Ziyafət bəy, necəsiniz? Uzun müddətdir ki, sizdən xəbər yoxdur…

– Belə də qızım, yola verirəm. Rəhmətlik Əlibaba Məmmədov demişkən, 90 yaşlı adam necə olar?! Açığını desəm, yaradıcılıqla bağlı heç nəyə baxmıram. 25 ildən çoxdur ki, o işlərdən uzaq düşmüşəm. Heç nə ilə maraqlanmıram.

Nardaranda yaşayıram və müsahibələrdən qaçıram.

– Fikrinizcə, dövrümüzdə yenə də “Mozalan”ın çəkilməsinə ehtiyac varmı?

– Əlbəttə. “Mozalan” çəkilməsinin əsl vaxtı indidir. Çünki müasir dövrdə sərbəstlik var və mövzu çoxdur. Təəssüf ki, indi də “Mozalan” çəkən yoxdur.

– Evdə günləriniz necə keçir, sənət yoldaşlarınızdan arayan-axtaran varmı?

– Evdə heç nə ilə məşğul olmuram. Yatıram, dururam, yenə də eyni şeylər. Qızım, gəlinim gəlib yeməyimi bişirib gedirlər. Tək yaşayıram. Həyat yoldaşımı 45 ildir ki, itirmişəm. Nəvələrim, nəticəm var. Sənət yoldaşlarımdan Rasim Balayevlə telefonla danışırıq. Bəzən də dostlarım zəng edib maraqlanırlar.

– Film çəkilişləri, yaradıcılıq üçün darıxmırsınız ki?

– Darıxmaqdan keçib, vaxtımı gözləyirəm…

Gördüyümü daha görmüşəm də. Fəal işlədiyim günlər hərdən lent kimi gözümün önündən keçir. Amma nə etmək olar .

– Dövrümüzdə baş verən prosesləri, xəbərləri izləyirsinizmi?

– Televiziyalardan izləyirəm. İndi dünyada aləm bir-birinə dəyib. İran-İsrail müharibəsini kədərlə izləyirəm. İndi sanki insanların ölümünə xidmət göstərirlər. Sevinirlər ki, atom silahı icad etmişik. Belə sevinc olar?! Dünyanı çox bərbad hala salıblar, ay qızım. Bu dünya mənlik deyil.

– “Mozalan”ın çəkilişlərindən danışardınız. Nələri xatırlayırsınız?

– Çətindir, mənim üçün onlar keçmişdə qalıb. İndi tərk dərdim canımın sağlam olmasıdır. Günün çox hissəsi təzyiqdən əziyyət çəkirəm. Yataqda çox vaxt oluram. Həyatdır da, gördüyümüzü görmüşük.

Qeyd edək ki, Ziyafət Abbasov 1935-ci ildə Bakıda anadan olub. Burada 31 nömrəli orta məktəbi bitirib. Özünün dediyinə görə, hələ uşaqlıq illərindən incəsənətə böyük maraq göstərib. Elə bu maraq onu Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə yönləndirib. O, burada 1963–1968-ci illərdə məşhur opera müğənnisi, Xalq artisti Hüseynqulu Sarabskinin oğlu Rza Sarabskinin kursunda təhsil alıb. Eyni zamanda, fəlsəfi-psixoloji üslubun ustadı, tanınmış rejissor və pedaqoq Mehdi Məmmədovun tədris etdiyi estetika fənnindən də faydalanıb.

İnstitutu bitirdikdən sonra, 1968-ci ildə Azərbaycan Televiziyasında radio verilişlərinin rejissoru kimi fəaliyyətə başlayıb. Bir müddət sonra baş rejissor vəzifəsinə irəli çəkilib. 1974-cü ildən etibarən isə yaradıcılıq yolunu “Azərbaycanfilm” kinostudiyasında davam etdirib.

Həmin dövrlərdə kurs yoldaşları – tanınmış kino xadimləri Akif Rüstəmov, Arif Həbibi, Rauf Nağıyev də kinostudiyada fəaliyyət göstərirdilər. Televiziya dövründən tanıdığı və dostluq etdiyi rejissorlar Arif Babayev və Kamil Rüstəmbəyovla da burada əməkdaşlığını davam etdirib. Görkəmli aktyor Həsənağa Turabovla yaxın dostluq münasibətləri olub və məhz onun vasitəsilə Eldar Quliyev və Rasim Ocaqovla tanış olub. Ziyafət Abbasov həmin illərdə kinostudiya kollektivinin böyük əksəriyyəti ilə tanış və dost münasibətində olub.

1974-cü ildə Cəmil Əlibəyov Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini vəzifəsindən “Azərbaycanfilm”in direktoru vəzifəsinə təyin edildikdən sonra Ziyafət Abbasovu da kinostudiyaya dəvət edib. Beləliklə, o, artıq doğma hesab etdiyi bu məkanda rəsmi fəaliyyətə başlayıb.

Onun yaradıcılıq irsi olduqca zəngindir – filmoqrafiyasında 130-dan çox film yer alır. “Azərbaycanfilm”də işlədiyi illərdə “Arvadım mənim, uşaqlarım mənim” kinoalmanaxına daxil olan “Bağçada rahat yer” novellasını, “Onun bəlalı sevgisi” bədii filmini, “Müqəddəs torpaq”, “Ümid qapısı”, “Gözəlliklər diyarı” kimi sənədli filmləri ərsəyə gətirib. “Abşeronda subtropik bitkilər” (Eldar Quliyevlə birgə) və “Lalə” qızlar ansamblı” sənədli filmlərinin ssenari müəllifi olub. 1974–1978-ci illərdə kinoaktyor şöbəsində bədii rəhbər kimi də fəaliyyət göstərib.

Ziyafət Abbasovun adı xüsusilə “Mozalan” satirik kinojurnalı ilə assosiasiya olunur. 1982–1984-cü illərdə jurnalın bədii rəhbəri, 1984–1998-ci illərdə isə baş redaktoru olub. Bu müddətdə o, ictimai əhəmiyyət daşıyan, sosial problemlərə toxunan 40-a yaxın sənədli və bədii süjetin ərsəyə gəlməsinə rəhbərlik edib. “Mozalan” vasitəsilə gündəmi silkələyən, insanları düşündürən və bəzən də problemlərin həllinə təkan verən filmlərə imza atıb. Eyni zamanda “Ailə” bədii filminin prodüserlərindən biri olub.

Ziyafət Abbasov 1994-cü ildə “Azərbaycanfilm” kinostudiyasının direktoru təyin edilib və 2001-ci ilə qədər bu vəzifədə çalışıb.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 İyun 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri