Icma.az
close
up
RU
Qohum evliliyinə fərqli baxışlar SORĞU

Qohum evliliyinə fərqli baxışlar SORĞU

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ailə Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, artıq birbaşa qohumlar arasında bağlanan evliliklər rəsmi şəkildə tanınmayacaq. Bu dəyişiklik cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bəziləri bu qərarı ailə sağlamlığının qorunması baxımından doğru addım kimi qiymətləndirir, digərləri isə bunun şəxsi azadlıqlara müdaxilə olduğunu düşünür. SİA olaraq məsələ ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışdıq:

Şəhər sakini Şamil Şamilov: “Ümumiyyətlə, öz şəxsimdə, ətrafımda bu qohum evliliyinin tam əleyhinə olmuşam – həm tibbi, həm də mənəvi nöqteyi-nəzərdən. Üstəlik, bu, bizim mentalitetimizə də uyğun deyil. Bəli, bizdə də qohum-əqrəba arasında evlilik hallarına rast gəlinib, amma mən və tanıdığım insanlar həmişə bu məsələnin əleyhinə olmuşuq. Bu cür hallar daha çox bölgələrdə müşahidə olunur. Məsələn, əmioğlu əmioğlunun qızı ilə, ya da bəzən dayı qızı ilə evlənir – belə hallar hələ də davam edir. Qərar qəbul olunub, amma bu hadisələr yenə də baş verir. Təkcə bölgələrlə də məhdudlaşmır; bu cür evliliklər əvvəl də olub, indi də var. Sadəcə olaraq, bəzi bölgələrdə daha çox, bəzilərində isə daha az rast gəlinə bilər. Bu hallar, ümumiyyətlə, bizim cəmiyyətimizdə uzun müddət mövcud olub. Amma biz artıq maariflənməli və bu vərdişdən imtina etməliyik. Cəmiyyət olaraq qəbul etməliyik ki, bu məsələyə ciddi yanaşmaq lazımdır. Belə evliliklər yolverilməzdir. İndi yəqin ki, bəzi ailələr bu evliliklərin doğurduğu fəsadları artıq görürlər. Onlar da başa düşməlidirlər ki, bu qanun – hər nə qədər gecikmiş olsa da – yerində verilmiş qərardır və olduqca vacibdir. Bu cür hallara cəmiyyətimizdə artıq yol verilməməlidir”.

Şəhər sakini Mehriban Sadığova: “Bəli, bu tamamilə doğrudur və biz özümüz də görürük ki, bu gün cəmiyyətdə xəstə uşaqların doğulması halları artıb. Müxtəlif xəstəliklər mövcuddur ki, bunlar irsi xəstəliklərdir və bu da daha çox qohum evliliyi ilə bağlıdır. Bu qərar çoxdan verilməli idi, amma yenə də gec deyil.Təəssüf ki, bölgələrimizdə bu hallara tez-tez rast gəlinir. Amma bu təkcə bölgələrlə məhdudlaşmır — Bakının özündə də belə hallar mövcuddur. Gənc qızların erkən yaşda nikaha daxil edilməsi kimi hallar da var. Nə qədər desək də, bu hallar hələ də mövcuddur. Ancaq inanıram ki, maarifləndirmə işini bir qədər də gücləndirsək, bu problemin öhdəsindən gəlmək mümkündür. Cəmiyyət olaraq biz kifayət qədər güclüyük və əminəm ki, bu məsələyə qarşı daha ciddi yanaşmaqla müsbət nəticələr əldə edə bilərik”.

Şəhər sakini Mehdi Yusibli: “Düzünü desəm, bu qərar elə əvvəldən verilməli idi. Məncə, qohumlar arasında ailə qurmaq mənasızdır. Ailə, qohumluq münasibətindən daha çox, qarşılıqlı anlayış və sağlam birlik üzərində qurulmalıdır. Mənim fikrimcə, bir-birini əvvəldən tanımayan, ancaq sonradan sevgi və hörmət əsasında tanış olan insanların evlənməsi daha normal və sağlam bir modeldir. Bizim ailədə qohum evliliyi olmayıb. Amma bildiyim qədərilə, ətrafımda belə evliliklər nəticəsində dünyaya gələn uşaqlarda müəyyən sağlamlıq problemləri yaşanıb. Hətta o anın özündə belə, bəzi hallar olub ki, valideynlər vəziyyəti dərhal anlamayıblar. Daha sonralar uşaqda müəyyən problemlər üzə çıxıb. Yəni, bizim evdə konkret olaraq bu cür bir hal baş verməyib. Bildiyim qədərilə belə bir şey olmayıb. Amma bu cür evliliklərin fəsadlarını digər ailələrdə müşahidə etmişik və bu, artıq hər kəs üçün ciddi xəbərdarlıq olmalıdır”.

Şəhər sakini Çiçək Bağırzadə: “Əslində, qohum evliliklərinin qarşısının alınması çox yaxşıdır. Belə evliliklər nəticəsində bəzən xəstə uşaqlar dünyaya gəlir və onları böyütmək çox çətin olur. Buna görə də qohumlar bir-birilə ailə həyatı qurmaq əvəzinə, bacı-qardaş kimi münasibət saxlamalıdırlar. Təəssüf ki, bölgələrimizdə bu tendensiya hələ də davam edir. Qərar qəbul olunmasına baxmayaraq, bəzi yerlərdə qohum evliliklərinin sayı artmaqda davam edir və bunun nəticəsində fəsadlar da baş verir. Bu məsələdə həm dövlətin, həm də vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşür. Mən istərdim ki, dövlət bu məsələyə daha ciddi yanaşsın, daha fəal şəkildə müdaxilə etsin. Xüsusilə bölgələrdə belə halların baş verməsinə imkan verilməməlidir. Dövlət bu cür hallardan vaxtında xəbər tutmalı və tədbir görməlidir. Amma nə edək, bu da həyatdır. Bəzən olur ki, insanlar bir-birinə qarşı hisslər bəsləyir və ailə qurmaq istəyirlər. Ancaq hər bir halda düşünülmüş qərar verilməlidir ki, sonradan fəsadlarla üzləşilməsin”.

Şəhər sakini Gülzar Eminova: “Belə deyək, əvvəllər qohum evlilikləri çox olurdu və nəticəsində ciddi fəsadlar da baş verirdi. Əslində, bu evliliklərin fəsadlarını nəzərə almaq lazımdır. Çünki çox hallarda bu cür nikahlar xəstə uşaqların dünyaya gəlməsi ilə nəticələnirdi. Baxmayaraq ki, artıq bu məsələyə dair qərar qəbul olunub, bölgələrimizdə bu hallar hələ də davam edir. Düşünürəm ki, bu tendensiya bir müddət də davam edəcək. Çünki bəzi bölgələrdə bu, artıq bir ənənə halını alıb. Amma bu da yadda saxlanmalıdır ki, bu cür evliliklər çox təhlükəli ola bilər. Bir məsələ də var: bəzən dayı qızı ilə dayı oğlu, ya da xala qızı ilə xala oğlu arasında sevgi münasibəti yaranır. Yəni qarşılıqlı hisslər olur və nəticədə onlar ailə qurmaq istəyirlər. Bəli, bu da həyatın bir gerçəyidir. Amma belə hallarda da diqqətli olmaq lazımdır. Məsələn, əmioğlu ilə əmiqızının evliliyi genetik baxımdan daha risklidir və bu cür nikahlardan daha çox qorxmaq lazımdır”.

Şəhər sakini Zəhra Mahmudova: “Bu məsələyə mənim yanaşmam belədir: Azərbaycanda qohum evliliyi normal qəbul edilir, amma Avropada bu, heç də normal qarşılanmır. Digər ölkələr haqqında tam dəqiq məlumatım yoxdur, amma inanıram ki, Azərbaycanın digər şəhərlərində də bu cür hallar mövcuddur. Bəs bu niyə normal hesab olunur? Sizcə, bu doğrudanmı normaldır? Mən belə düşünmürəm. İcazə verin, sizə bir sual verim: Məsələn, bir kişi və qadın bir-birini sevirsə, dövlət buna nə edə bilər? Dövlət bu münasibətə qarışa bilməz. Əslində, biz insanlar olaraq daha normal düşünməli və bu məsələyə sağlam yanaşmalıyıq. Mən bu cür münasibətlərin nə doğru, nə də normal olduğunu düşünürəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 İyul 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri