Qohumunu bıçaqlayan şəxsin işi Ali Məhkəmədə
Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gəncədə qohumu bıçaqlamaqda təqsirləndirilən Elmixan Həsənovun təqsirləndirilən Samir Hüseynovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.
Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 10 ay 4 gün müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd: 2023-cü il yanvarın 19-da Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə 1986-cı il təvəllüdlü şəhər sakini Sərxan Orucovun qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S Orucovu bıçaqlamaqda şübhəli bilinən şəhər sakini Elmixan Həsənov saxlanılaraq istintaqa təhvil verilib. İstintaq zamanı məlum olub ki, Elmixan Həsənov qohumu Sərxan Orucovu bıçaqlayan zaman onun əmisi oğlu Həmid Orucovu da döyüb.
Kamal Məmmədov


