Icma.az
close
up
RU
Qollu start lider büdrəmədi

Qollu start lider büdrəmədi

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasında II dövrə start götürdü. İlin ilk oyununda lider “Qarabağ” “Şamaxı” üzərində əzmkar qələbəyə sevindi – 3:2.

Matçdan öncə Qurban Qurbanovun yetirmələrinin rahatlıqla qələbə qazanacağı proqnozlaşdırılsa da, “Şamaxı” yaxşı müqavimət göstərməyi bacardı. Ayxan Abbasovun yetirmələri erkən qol buraxmalarına baxmayaraq, reaksiya verə bildi və 10 dəqiqəyə hesaba tarazlıq gətirdi. Qoldan sonra yenidən hücumlarını artıran “Qarabağ” bir daha önə keçsə də, fasiləyə qədər üstünlüyünü qoruya bilmədi. “Şamaxı”nın futbolçusu Brahim Konate rəqib müdafiəsindəki boşluqdan maksimum yararlanmağı bacardı və ilk qoldakı səhvini düzəltmiş oldu.

İkinci hissə hər iki tərəf ara-sıra hücumlar etsə də, sürətli oyunun şahidi olmadıq. Komandalar qış fasiləsindən yeni çıxıb və aşağı templi oyunlar gözləniləndir. Buna baxmayaraq, “Qarabağ” oyunun sonlarına yaxın təzyiqi artırmaqla üç xalı gətirən qolu vurdu. Bu dəfə isə yenə “Şamaxı”nın bir futbolçusu diqqət mərkəzinə düşdü. Yeni transfer Cəlal Hüseynov Premyer Liqada “şirlər”lə debüt matçında uğursuzluqla yadda qaldı və avtoqol müəllifi oldu. Bu, həm də oyunda sonuncu qol idi.

Heyətində daha çox yeni transferləri olan “Şamaxı” pis təsir bağışlamadı. Ayxan Abbasovun yetirmələri matçdan bir xalla da ayrıla bilərdi. Sadəcə bəzi epizodlarda yanlış qərarlar və rəqib qapıçı Şahruddinin etibarlı oyunu onların fərqlənməsinə imkan vermədi. Buna baxmayaraq, komanda növbəti oyunlarçün ümid verdi.

“Qarabağ” isə daha çox Avropa Liqasında növbəti həftə “Styaua”ya (Rumıniya) qarşı keçiriləcək oyuna köklənmiş göründü. Çox güc sərf etmədən üç xal qazanmağı hədəfləyən “atlılar” istəyinə nail oldu. Buna baxmayaraq, müdafiədəki problemlər həll edilməyib və sadə səhvlər komandanın təhlükə yaşamasına səbəb olur. “Styaua”nın hücumda daha keyfiyyətli və sürətli oyunçuları var, belə səhvlər Avropada bağışlanmır. “Qarabağ”ın “Styaua” ilə oyunu yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

“Atlılar” bundan sonra çempionatda “Turan Tovuz”u qəbul edəcək. Sıx qrafikdə olan “Qarabağ” bu periodu maksimum yaxşı nəticə ilə keçməyi hədəfləyir. “Şamaxı”nı isə növbəti turda “Zirə” ilə ev sınağı gözləyir.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 18 Yanvar 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see280

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see271

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see263

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see260

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see250

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see250

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see245

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see238

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see237

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see229

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see229

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see226

Çox qısa və çox uzun yuxu sürətlənmiş qocalma əlamətləri ilə əlaqələndirilib

21 Sentyabr 2026 21:06see211

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see209

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see205

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see203

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see200

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see191

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see185

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri