Icma.az
close
up
RU
Qonşu ölkədə bombalı hücum: Çoxlu ölü və yaralı var

Qonşu ölkədə bombalı hücum: Çoxlu ölü və yaralı var

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın Sistan və Bəlucistan əyalətinin Zahedan şəhərində yerləşən Ədliyyə Sarayına edilən bomba və silahlı hücum nəticəsində ölənlərin sayı 6-ya, yaralananların sayı isə 22-yə çatıb.

Turkustan.az xəbər verir ki,İran İnqilab Keşikçiləri Korpusunun Quru Qoşunları Komandanlığı hücumla bağlı son məlumatları ictimaiyyətə açıqlayıb.
Həlak olanlar arasında bir uşaq, 60 yaşlı bir qadın, Ədliyyə Sarayında xidmət edən üç əsgər və bir hüquq-mühafizə orqanı əməkdaşı yer alır. Altıncı şəxsin kimliyi hələ açıqlanmayıb.
İran rəsmilərinin verdiyi məlumata görə, hücumu həyata keçirən üç terrorçunun hamısı təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
Sistan və Bəlucistan polis rəisinin müavini Əli Rza Dəliri hadisə ilə bağlı açıqlamasında bildirib:
"Vətəndaş geyimində olan bir terrorçu qrup Zahedandakı Ədliyyə Sarayına daxil olmağa cəhd edib. Növbətçi polis əməkdaşının sayıqlığı nəticəsində hücumçulardan biri binaya girən anda zərərsizləşdirilib. Lakin bu zaman, aralarında bir qadın və bir uşağın da olduğu bir neçə mülki şəxs həyatını itirib."
Dəliri əlavə edib ki, qarşıdurma zamanı qaçmağa çalışan digər iki hücumçu saray yaxınlığındakı küçədə təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Beləliklə, hücum edən bütün şəxslər zərərsizləşdirilib.
Hadisə ilə bağlı istintaq davam edir. Hücumun məsuliyyətini hələlik heç bir qrup üzərinə götürməyib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 İyul 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri