Icma.az
close
up
RU
Qonşu ölkələr hərəkətə keçdi: Azərbaycanda da risk var XƏBƏRDARLIQ

Qonşu ölkələr hərəkətə keçdi: Azərbaycanda da risk var XƏBƏRDARLIQ

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Yay mövsümünün başlanması ilə dənizə üz tutanların sayı artsa da, eyni zamanda xəstəliklərin yayılması barədə xəbərdarlıqlar çoxalıb. Artıq Türkiyə və Rusiyada bununla bağlı məlumatlar tirajlanır. Məsələn, türkiyəli mütəxəssislər bildirirlər ki, vəba da daxil olmaqla, ciddi xəstəliklərə səbəb ola biləcək “Vibrio” bakteriyasına yoluxma riski var. Rusiyada da suya daxil olanların bir çoxunun bədənində səpkilər aşkarlanıb. Hazırda Azərbaycanda da çimərliklərə tələbat çoxdur. 

Çimərliklərdə virusdan necə qorunmaq olar? Vətəndaşlar nəyə diqqət etməlidirlər? 

Globalinfo.az-a danışan terapevt Aygün Sayılova deyib ki, viruslardan qorunmaq üçün çimərliyin təmizliyinə diqqət etmək lazımdır:

“Çirklənmiş su mikroblar və viruslarla dolu ola bilər. “Vibrio” kimi bakteriyalar, adətən kanalizasiyanın dənizə qarışdığı ərazilərdə aşkarlanır. Dəniz suyunun tərkibi normalara uyğun deyilsə, həmin sahələrdə çimmək məsləhət görülmür. Bununla yanaşı, ictimai çimərliklərdə çox sayda insan toplanır və bu da infeksiya riskini artırır. Mümkün olduğu qədər az sıxlıq olan yerlər seçilməlidir. Bu dövrlərdə infeksiya təhlükəsi səbəbilə dənizdən qaçınmaq lazımdır”.

Aygün Sayılova

Terapevt qeyd edib ki, körpə uşaqları suya salmaq qətiyyən tövsiyə edilmir:

“1-3 yaşlı uşaqların ağzına su getməməsinə diqqət yetirmək lazımdır. Dəridə yara və ya kəsik varsa, dəniz suyunun içində uzun müddət qalmaq tövsiyə olunmur. Çünki yaralar infeksiya və virusların bədənə daxil olması üçün açıq qapıdır. Çiməndən sonra xüsusən əllər yaxşı yuyulmalıdır”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Avqust 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri