Icma.az
close
up
RU
Müharibələr şiddətlənsə, bu ölkələr... XƏBƏRDARLIQ

Müharibələr şiddətlənsə, bu ölkələr... XƏBƏRDARLIQ

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlumdur ki, hazırda dünyada miqrant böhranı yaşanır. Xüsusən də İspaniya, İtaliya, Yunanıstan, Almaniya, ABŞ və Fransada bu böhran daha kəskin formadadır. Avropa ölkələrinin təhlükəsizlik qurumları son dövrdə radikallaşma və terror təşkilatları ilə əlaqəli şəxslərə qarşı əməliyyatları artırıb. Avropa Statistika Bürosu və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 2026-cı ilədək Avropa İttifaqı ölkələrində yaşayan miqrantların ümumi sayı 64 milyon nəfərə çatıb.

Bəs görəsən, bu böhran hansısa formada Azərbaycana təsir edə bilərmi? Ümumiyyətlə, ölkəmizə miqrant axını varmı?

Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki,  miqrasiya böhranı həm də davam edən münaqişələrlə bağlıdır. Bu böhran bu və ya digər formada Azərbaycana da təsir göstərir. 

Onun sözlərinə görə, son illər Ukrayna, Rusiya, İsrail və İrandan Azərbaycana gələnlərin sayı artıb:

"Bu məsələdə rəqəmlər digər ölkələrlə müqayisədə o qədər də büyük olmasa da, daşınmaz əmlak bazarındakı qiymətlərə əsasən ölkəmizə miqrantların gəlməsini müşahidə edə bilərik. Burada daha çox imkanlı, varlı təbəqələrin nümayəndələrindən danışmaq olar. Məsələn, "Sea Breeze"də mənzilləri daha çox faiz etibarilə israillilər alır. Həmçinin Bakının müxtəlif yaşayış zonalarda Rusiyadan, Ukraynadan və İrandan da gələn insanların sayı artıb". 

Müsahibimiz qeyd edib ki, digər ölkələrə miqrant axını daha çoxdur:  

"Misal üçün, Ermənistan və Gürcüstana Rusiyadan axın daha çoxdur. Həmçinin Ukraynadan Gürcüstan, Polşa, Slovakiya, Çexiya, Almaniya və Rumıniyaya, Rusiyadan Qazaxıstana axın daha çox müşahidə olunur. Bundan başqa, Venesueladakı hadisələrlə bağlı Kolumbiyaya miqrasiya çoxalıb. Həmçinin Afrika ölkələrində iqlim dəyişiklikləri ilə bağlı miqrasiyalar var. Quraqlıq regionlardan su ilə daha çox təmin olunmuş regionlara üz tutan insanların sayı çoxdur. Təəssüflər olsun ki, yaxın illərdə miqrant böhranını həll etmək mümkün olmayacaq və ölkəmizə təsirləri də qaçılmaz olacaq. Əgər müharibələr şiddətlənsə, xüsusilə də İranla bağlı gərginlik davam edərsə, heç belə bir ölkə miqrasiya krizdən sığortalana biləcək", - deyə politoloq vurğulayıb.

İ.Vəlizadə onu da qeyd edib ki, Azərbaycan ən azı iki konflikt ölkəsi olan Rusiya və İranla həmsərhəddir. Ona görə də ümid edək ki, yaxın vaxtlarda bu münaqişələr hansısa formada öz həllini tapacaq. Miqrasiya böhranı tam bitməsə də, ən azından şiddətli formasından daha latent formaya keçə bilər.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Sentyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see230

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see229

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see227

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see227

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see224

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see222

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see213

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see201

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see200

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see196

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see190

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see187

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see187

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see186

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see185

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see183

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see182

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see180

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see176

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri