Qonşuda təhlükə: Karantin elan olundu KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin Aydın vilayətində heyvanlar arasında yayılan dabaq xəstəliyi səbəbindən genişmiqyaslı karantin tədbirləri tətbiq olunub. Yerli medianın yaydığı məlumata görə, Yenipazar rayonunun Hacıköseler məhəlləsində xəstəliyin aşkarlanmasından sonra ətraf ərazilərdə də ciddi məhdudiyyətlər qüvvəyə minib.
KONKRET.az metbuataz-a istinadən xəbər verir ki, Yenipazar və Çine rayonlarında ümumilikdə 17 məhəllə karantin zonasına daxil edilib.
Karantin tətbiq olunan ərazilərdə heyvanların alqı-satqısı, eləcə də giriş-çıxışı tamamilə dayandırılıb. Səlahiyyətli qurumlar xəstəliyin daha geniş ərazilərə yayılmasının qarşısını almaq üçün nəzarət tədbirlərini gücləndirib.
Bildirilib ki, hazırda rayon kənd və meşə təsərrüfatı idarələrinin əməkdaşları ərazilərdə monitorinqlər aparır, dezinfeksiya və profilaktik tədbirləri davam etdirirlər. Türkiyə mediası qeyd edib ki, vəziyyət nəzarətdə saxlanılsa da, bölgədə heyvandarlıqla məşğul olan sakinlər arasında narahatlıq artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 08 May 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















