Qonşumuzda casusluq edən vəzifəli şəxs həbs olundu
Icma.az, Axar.az saytına istinadən bildirir.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Əks-Kəşfiyyat İdarəsinin əməkdaşları xarici ölkələrin kəşfiyyat orqanları üçün casusluq edən şəxsləri ifşa edib. Onlardan bir nəfəri həbs olunub.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti rəisinin birinci müavini Laşa Maqradze məlumat verib.
Bildirilib ki, həbs olunan şəxs xarici kəşfiyyat xidməti tərəfindən casusluğa cəlb olunub və ona Gürcüstanın maraqlarına zidd olan məlumatlar toplamaq tapşırığı verilib. Casusluq ittihamı ilə həbs edilən şəxsin vəzifəli şəxs olduğu müəyyən edilib. Həmin şəxs Gürcüstan hüquq-mühafizə orqanlarının çıxış yerləri, qüvvələr və vasitələr, həmçinin onların dislokasiya yerləri ilə bağlı foto və videolar çəkib. O, eyni zamanda, Gürcüstanda strateji obyektlər - körpülər, magistral yollar da daxil olmaqla dəmir yolları və digər obyektlər haqqında fotoşəkillər, videolar və s. materiallar hazırlayıb.
Saxlanılan şəxsi Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, 8 ildən 12 ilə qədər həbs cəzası gözləyir.
Baxış sayı:200
Bu xəbər 23 Aprel 2026 01:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















