Qonşusundan oğurladığı pulu restoranda xərcləyən gəncə HÖKM OXUNDU
Icma.az bildirir, Bizim media portalına istinadən.
Babək Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Qafar Qafarovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Günay İsmayılın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Q.Qafarov 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 2024-cü ilin fevral ayında Babək rayonu, Zeynəddin kəndində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Qafar Qafarov qonşusu, zərərçəkmiş M.M-in (şərti) evdə olmadığı vaxtda evin qapısının açıq olduğunu bilib. O, qapını açıb içəri qanunsuz daxil olaraq evdən 700 manat pulu gizli şəkildə talayaraq oğurluq edib.
Məhkəmə iclasında Qafar Qafarov ona elan olunmuş ittihamda özünü təqsirli bilərək qeyd edib ki, hadisədən sonra oğurladığı pulu Babək rayonunda yerləşən Uzunoba restoranında yeyib-içməyə xərcləyib.
Bizim.Media
Baxış sayı:98
Bu xəbər 04 Dekabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















