Qonşusunu döyərək hədə qorxu gələn qadın bəraət aldı
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Qonşusunu döyərək hədə-qorxu gəlməkdə təqsirləndirilən Təhminə Abuşovanın Apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Unikal"a təqsirləndirilən şəxsin vəkili Şakir Ələsgərov məlumat verib.
Vəkilin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə müvəkkilinə bəraət hökmü çıxarılıb.
Xatırladaq ki, bu ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsində Təhminə Abuşova barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılmışdı.
Dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2 – ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə istintaqı dövründə hökm zamanı isə 182.1-ci maddəyə tövsüf edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 04 Avqust 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















