Qonşusunu öldürməkdə günahlandırılan şəxsin məhkəməsi BAŞLAYIR
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Qobuda qonşusunu öldürməkdə təqsirləndirilən Həsənov Nahid Vahid oğlunun işi üzrə ibtidai istintaq yekunlaşıb. İş üzrə toplanan materiallar araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Modern.az-ın məlumatına görə, məhkəmə işi hakim Leyla Əsgərovanın sədrlik etdiyi heyətin icraatına verilib.
Qeyd edək ki, adıçəkilən şəxs barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb. Qeyd edək ki, bu maddə üzrə cinayət işi törədən şəxs doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır.
Avqustun 4-də Qaradağ rayonu Qobu qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Bəhruz Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1990-cı il təvəllüdlü Nahid Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəhruz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 19 Noyabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















