Icma.az
close
up
RU
“Qopan hər yarpağa, sınan budağa öz bədənimizin bir üzvü kimi baxmasaq, canlı aləmi sevə bilməyəcəyik” Ekoloq

“Qopan hər yarpağa, sınan budağa öz bədənimizin bir üzvü kimi baxmasaq, canlı aləmi sevə bilməyəcəyik” Ekoloq

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaşadığımız dövrdə iqlim dəyişişiklikləri və onun yaratdığı fəsadlar dünyanı narahat edən başlıca problemlərdən birinə çevrilib. Hazırda qlobal miqyasda iqlim fəsadlarını törədən əsas səbəb olan antropogen amillərin təsirinin azaldılması istiqamətində qərarlar qəbul edilir, addımlar atılır. Ekspertlər hesab edir ki, iqlim fəsadlarının təsirini yumşaltmaq üçün cəmiyyətdə yeni ekoloji şüur formalaşmalıdır. Bunun əsası isə erkən yaşlardan qoyulmalıdır. Mütəxəssislər bildirir ki, təbiətin mühafizəsinin gücləndirilməsində, bununla bağlı maarifləndirmə işinin genişləndirilməsində valideynlərin, məktəbin üzərinə böyük vəzifələr düşür. Hazırda ölkəmizdə ekoloji təhsil və tərbiyə hansı səviyyədədir?
Müsahibimiz Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyevdir.


-Ənvər müəllim, bu gün gənc nəsildə ekoloji mədəniyyətin yüksəldilməsi istiqamətində görülən işləri qənaətbəxş saymaq olarmı?

-Gənc nəsildə ekoloji tərbiyə, ekoloji mədəniyyət onların yaşadığı mühitə, ölkəyə münasibətini ehtiva edir. Vətənpərvərlik, ətraf mühitə sevgi insanın yaşadığı ərazidən, evinin pilləkənindən başlanır. Yaşadığı ərazinin qədrini bilməyən adamın ekoloji mühitlə əlaqəsi ola bilməz. Biz övladlarımızı başa salmalıyıq ki, siz təbiəti, canlı aləmi yaşadığınız ev, əşyalarınız qədər sevə bilməyəcəksinizsə o məkana vətən demək mümkün olmayacaq. O, adi bir məkan olacaq. Bəzən heyvanlarda qibtə olunası o qədər xüsusiyyət görürük. Yuvalarını o qədər sevir, qoruyurlar ki. Xırda heyvanlar şiri belə öz yuvasına yaxın buraxmır. Mən həyatımın bütün yaş dövrlərində ətraf mühitə həssas yanaşmışam. Milli azadlıq hərəkatında iştirak edəndə də insanları canlı aləmə sayğı göstərməyə, ətraf mühiti təmiz saxlamağa dəvət edirdik. Harda işləmişəmsə, yaşamışamsa mütləq ərazidə ağacəkmə aksiyaları təşkil etmişəm, yaşıllıqların salınmasına təşəbbüs göstərmişəm. Gül əkmişik, yol düzəltmişik. "Alimlərin yataqxanası"nın həyətində güllər, çiçəklər əkmişdik, vaxtaşırı qulluq göstərirdik. Bu, həm də gənc nəslə bir örnəkdir. 35-40 il qabaq insanlar ümumi həyətdə, məhəllədə könüllü işləyir, iməcilik keçirir, ağacları suvarır, ətrafı təmiz saxlamağa, çevrəni gözəlləşdirməyə çalışırdı. İndi sanki bu ənənə də sıradan çıxıb. İndi həmin yataqxananın yanından keçəndə ürəyim ağrıyır. Əvvəlki nizam-intizam, qayda-qanun, təmizlik yoxdur. Bu hamısı milli təfəkkürün bəsitliyindən irəli gəlir. Yaşadığımız hər bir yeri, vətənin hər bur guşəsini gözəlləşdirməliyik. Yaponlar 5 yaşına qədər uşaqlara heç nə demirlər, uşaq qıra, sındıra, dağıda bilər. Amma 5 yaşından sonra mühit onları vətənpərvər yetişdirir.
Biz uşaqlarımızı tərbiyə etmək üçün özümüzdən başlamalıyıq. Nümunə göstərməliyik. Qopan hər yarpağa, sınan budağa öz bədənimizin üzvləri kimi baxmasaq, canlı aləmi sevə bilməyəcəyik. Təkcə təşviqatla, maarifləndirmə ilə böyük nəticələrə nail olmaq mümkün deyil. Ən yaxşı təsir şəxsi nümunədir. Mənim fikrimcə, vətəndaş cəmiyyəti, media maarifləndirmə işlərində aktiv olmalıdır. Televiziyalar ətraf mühitin mühafizəsi ilə bağlı geniş təşviqat işləri aparmalıdır.
-Ətraf mühitin çirkləndirilməsinə görə, cərimələr nəzərdə tutulur. Sizcə cərimələr, yoxsa zamanında formalaşdırılmış ekoloji məsuliyyət daha çəkindirici vasitədir?
-Cərimələrlə cəmiyyəti düzəltmək mümkün deyil. Düzdür, bu, bir çəkindirici alətdir, amma tərbiyə etmir. Ekoloji tərbiyə uşaq yaşlarından başlanmalıdır. Uşaq ekoloji düşüncə ilk olaraq ailədə formalaşmalıdır. İlk ekologiya müəllimi valideyndir. Valideyn uşağının yanında yerə zibil atmamalıdır. Baltikyanı ölkələrdə səfərdə olanda qibtə hissi yarandı məndə. Bütün binaların eyvanlarında gözəl güllər əkilib. Orda qonaq qaldığım ev sahibinı dedim ki, sizin evlər idarəsi nə yaxşı işləyir, nümunəvi işlər görür. Ev sahibi dedi ki, bunu evlər idarəsi etməyib ki, bizim uşaqlar edib. Diqqət etdim ki, səhər tezdən duran uşaqlar əllərində sulama qabları gülləri suvarır, qayçı ilə artıq yerlərini kəsir, alaq otlarını təm izləyirdilər. Məətəl qaldım ki, bu uşaqlara necə gözə tərbiyə alıblar. Uşaq əməli yamsılaylır, təqlid edir. Gərək gözəl əməllər görə ki, onu da təkrarlaya.
Cərimə ilə yox, cəzalarla müəyyən nəticəyə nail olmaq mümkündür. Fikrimcə, əyani təsir vasitələrindən istifadə etmək lazımdır. Ətraf mühitin mühafizəsini, meşələrin, su mənbələrinin qorunmasını təşviq edən animasiya filmləri çəkilməlidir. Çünki cizgi filmləri televiziya, internet vasitəsi ilə hamının evinin içərisinə girir. Bunu dövlət qurumları da, özəl şirkətlər də edə bilər. Bu iş həm də könüllü olmalıdır. Necə ki, ətraf mühitin məişət tullantılarından təmizlənməsi, ağacəkmə aksiyaları könüllülük prinsipi ilə həyata keçirilir, eləcə də maarifləndirmə tədbirləri bu qaydada edilməlidir. Azərbaycanda yüzlərlə İKT işini bilən istedadlı gənclər, senaristlər, rejissorlar var. Onlar maraqlı mətnlər yazsınlar, cizgi filmləri, video-kitablar yaradıb internetə yerləşdirsinlər. Televizyalar bu mövzuda maraqlı tok-şoular təşkil etsinlər, sosial çarxlar hazırlasınlar.
-Hazırda əksər uşaqlar, təhsilalanlar sosial media istifadəçiləridir. Sosial şəbəkələrin imkanlarından istifadə edib gəncləri ekoloji düşüncəni gücləndirmək olarmı?
- İni bütün uşaqların, gənclərin əlində smartfonlar, noutbuklar var. Əksəriyyəti də çağdaş İKT bilgilərinə sahibdir. Gənclərin əksəriyyəti adi telefon proqramlarında foto və videoslaydlar yarada bilirlər. Hətta mobil tətbiqlərdə video-kitab yaradan gənc proqramistlər var. Gənclərimiz ətraf mühitə duyarsız deyil. Sadəcə, onları yönləndirmək lazımdır. Gənc məktəbli alır əlinə telefonu bütün günü məsələn, "tik-tok"da, yutubda cəmiyyətə heç bir faydası olmayan sosial şəbəkə fenomenlərini izləyir. Gənclər üçün faydalı səhifələr olsa, onlar daha çox vaxtlarını həmin səhifələrdə keçirərlər. Bizim cəmiyyətdə bir düşüncə var. Əgər biri feysbukda, "tik-tok"da, instaqramda fenomenə çevrilibsə, "filankəs tərbiyəmizi pozur" düşüncəsi ilə onu "taxtından" endirmək istəyirlər. Ancaq əksinə, onun populyarlığından istifadə etmək lazımdır. Məsələn, hansısa sosial şəbəkə fenomeni ətrafını, dostlarını yığıb müəyyən bir ərazinin məişət tullantılarından təmizlənməsi aksiyası keçirsə və ya ağac tingləri, gül kolları əksə bu, insanlara yaxşı təsir edəcək. Onlara qoşulanların sayı artacaq. Ona görə də onları buna yönləndirmək lazımdır. Ümumiyyətlə, nümunə yaxşı təsir vasitəsidir. Bakıda yüzminlərlə xərc çəkib velosiped yolları salınıb. Müasir tipli elektriklə işləyən velosipedlər, skuterlər alınıb. Amma gəlin görək ondan istifadə yayğınlaşıbmı? Halbuki velosiped və skuter dünyada populyar olan yaşıl nəqliyyat növüdür. Dövlətimiz atmosferdə karbon emissiyasının azaldılması üzrə öhdəliklər götürüb. Yaxşı olar ki, insanlarımız yaşıl nəqliyyata üstünlük versinlər. Bu, xüsusən tıxaclar şəhəri Bakıda yayğınlaşmalıdır. Bunun üçün lazımdır? İctimai şüurun dəyişməsi. Avropa ölkələrində nazir, mer işə velosipedlə, skuterlə gedir. Biz niyə bunu etməyək? İctimai düşüncədəki feodal yanaşmasını dəyişməliyik. Qoy, tanınmış sənət adamları, yazarlar, aktyorlar, müğənnilərin bir neçəsi nümunə göstərsin. Ondan sonra görün velosipedlə, skuterlə işə gedənlərin sayı artır, yoxsa yox.

Cavid Şahverdiyev
"Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən "Ətraf mühiti qoru: maarifləndirmə aksiyaları" layihəsi çərçivəsində hazırlanmışdır və bu yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 İyun 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see218

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see212

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see207

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see199

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see164

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see162

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see136

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see136

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see135

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see133

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see131

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see130

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see130

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see127

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see122

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see122

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see121

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see120

Bomba sığınacağında 1 saat...

25 Oktyabr 2025 18:34see119

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri