Qordon: “İspan futbolu bizimkindən güclüdür”
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Barselona"nın ingiltərəli hücumçusu Entoni Qordon İspaniya və İngiltərə futbolu arasındakı konseptual fərqlərdən və oyun üslublarından danışıb.
“Yeni Sabah” xəbər verir ki, İspaniya La Liqasında əldə etdiyi təcrübəni bölüşən futbolçu topa nəzarət və oyun fəlsəfəsi haqqında diqqətçəkən fikirlər səsləndirib:
"İngiltərədə və İspaniyada futbol oynamaq arasında fərq nədir? İspanların oyunu idarə etmək üçün sahib olduğu texniki gücə bizdə sahib deyilik. Bu, bizim təbiətimizdə yoxdur və bunun sonradan öyrədilə biləcəyinə də əmin deyiləm. İndi İspaniyada çıxış etdiyim üçün bu barədə daha dəqiq fikir söyləyə bilərəm. Onların topa sahib olma tərzi tamamilə fərqlidir. İngiltərədə oynadığım müddətdə heç vaxt belə bir şey görməmişdim. Marqarita pizza
Bunun bizdə mümkün olub-olmayacağını bilmirəm. Amma əlbəttə ki, inkişaf edə bilərik. Ya da öz güclü tərəflərimizə - fiziki gücə, birbaşa və əks-hücumlara əsaslanan futbola üstünlük verməliyik. Qələbə qazanmağın tək bir mükəmməl yolu yoxdur. Biz digər ölkələrə baxıb onlar kimi olmağa çalışmaqdan əl çəkməliyik. Biz onlar deyilik, biz ingilisik. Bizim də onların sahib olmadığı üstünlüklərimiz var. Bəlkə də yaxşı bacardığımız keyfiyyətlərə uyğun futbol oynamağa başlamalıyıq".
Baxış sayı:147
Bu xəbər 24 Sentyabr 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















