Icma.az
close
up
RU
Qoruqda “Qırmızı kitab”a düşən heyvanı ovlayanlar: “Qorxudan evə aparmadım, Kür çayına atdım”

Qoruqda “Qırmızı kitab”a düşən heyvanı ovlayanlar: “Qorxudan evə aparmadım, Kür çayına atdım”

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şirvan Milli Parkındakı ceyranı ovlayanlar cəzalandırılıb. Onlar 4 aya yaxın saxlanılsalar da, məhkəmə yekunda ailə vəziyyətlərini və başqa amilləri nəzərə alaraq, alternativ cəza verilməsini məqsədəuyğun hesab edib.

Bizimyol.info xəbər verir ki, ceyranı ovladıqlarına görə cəzalandırılanlar Neftçala sakinləri Elvin Əsgərov və Səxavət Qasımovdur. Onlar 2025-ci il yanvarın 15-də “Jeep Grand Cheroke” markalı avtomobillə birlikdə ov üçün Salyan rayonu, Yenikənd kəndi yaxınlığındakı qoruğun ərazisinə gediblər. Orada “Qırmızı kitabı”a daxil edilmiş bir baş, 3-4 yaşı olan ceyranı ovlayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesablamasına görə, nəticədə təbiətə 1650 manat zərər vurublar.

Adları çəkilən şəxslər bu hərəkətlərinə görə həbs olunub, onlara qarşı Cinayət Məcəlləsinin 258.3.2. (qanunsuz ev etmə - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Onların hər ikisi ifadələrində özlərini təqsirli bildiklərini deyib.

Elvin Əsgərov bildirib ki, ov ovladıqları ərazinin Şirvan Milli Parkının ərazisi olduğunu sonradan bilib. Onun sözlərinə görə, hadisə vaxtı Səxavət maşında olub, ceyranı özü ovlayıb: “Maşına çatanda Səxavət ceyran ovladığımı görüb dedi ki, axı qadağandır. Maşını sürüb gedəndə, asfalt yola çıxmağa az qalmış bir ağ rəngli “Niva” bizə tərəf gəlirdi. Sürəti artırdım. Bizi təqib eləməyə başladı. Maşını saxlamadım. Gözdən itdik. Neftçalanın Bankə qəsəbəsinə gedən körpünün üstündə maşını saxladım, orada ceyranı iki yerə böldük. Mənə düşən hissəni atamın qorxusundan evə aparmadım, Kür çayına atdım. Sonra polisin məni axtardığını bilib, könüllü şəkildə polis şöbəsinə gəldim”.

O, qeyd edib ki, törətdiyi əməldən peşmandır. Vurulmuş ziyan tam ödənilib. Himayəsində iki azyaşlı uşağı, yaşlı valideynləri var: “Xahiş edirəm, mənə həbslə bağlı olmayan cəza verin”.

Digər təqsirləndirilən də ifadəsində peşman olduğunu bildirib. O, qeyd edib ki, quş ovlamaq üçün getmişdilər. Sonradan bilib ki, ora qoruq ərazisidir: “Mən maşında oturmuşdum. Bir müddət keçdikdən sonra 2 dəfə atəş səsi gəldi. Elvin maşına əlində kisədə nə isə gətirdi. Dedi ki, ceyran vurub. Ceyranın necə vurulduğunu görməmişəm”. Onun sözlərinə görə, özünə düşən payı evinə aparıb, 4 azyaşlı övladı və digər ailə üzvləri ilə birlikdə bişirib yeyiblər.

Zərərçəkmiş tərəf – Şirvan Milli Parkının nümayəndəsi məhkəmədə bildirib ki, təqsirləndirilən şəxslər maddi ziyanı ödəyiblər, onlar təhlükəli adamlar deyil. Buna baxmayaraq, təbiətə ziyan vurublar: “Qanuna uyğun şəkildə məsuliyyətə cəlb olunmalıdırlar ki, gələcəkdə həm onlar, həm də digər şəxslər tərəfindən bu

qəbildən olan cinayətlərin törədilməsinə rəğbət olmasın. Bizim niyyətimiz təqsirləndirilən şəxslərə ağır cəza verilməklə aqressiya yaratmaq deyil, onların qanuna uyğun məsuliyyətə cəlb olunmasıdır ki, bir daha belə qanunzidd hərəkərlər etməsinlər”.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin himayəsində azyaşlı uşaqlarının olması, birinin ailə üzvünün xərçəng xəstəliyindən əziyyət çəkməsi və s. nəzərə alınaraq, onların hər birinə 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 İyul 2025 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri