Icma.az
close
up
RU
Qorxan gözə çöpün düşməsi

Qorxan gözə çöpün düşməsi

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Hansı duyğularla iki saat sən, dolandın başına anamız yerin?” (Bəxtiyar Vahabzadə)

Rəhmətlik şairimiz Bəxtiyar Vahabzadə kosmosa uçmağı ilk dəfə bacaran Yuri Qaqarinə "İki saat” adalanan şeir həsr etmişdi. Bu misralar da həmin sənət əsərindəndir. Şairimiz Qaqarinin Yer kürəsinin başına dolandığını müddəti nəzərdə tutub, keçirdiyi hissləri çək-çevir edir. Sözsüz ki, bütün bədii əsərlərdə olduğu kimi, burda da əsas məqsəd həmin suallara cavab almaq yox, Qaqarinin kosmosa uçmasının möhtəşəmliyini əks etdirməkdir.

Azərbaycan millisi San Marino yığması ilə görüşə ciddi hazırlaşmışdı. Lap ölüm-dirim oyunu kimi. AFFA xeyli xərc çəkmiş, çarter reysi ilə bir təyyarə adam səfərə çıxmışdı. Özü də bu səfər təxminən 10 gün davam etmişdi. İlin-günün bu vaxtında bu qədər xərc çəkmək hansısa beynəlxalq turnirdə çıxış etmək, yaxud da seçmə mərhələnin həlledici oyunun hazırlığı üçün deyildi. Məqsəd Malta və San Marino ilə yoxlama oyunlarına yaxşı hazırlaşmaq, Avropanın ən zəif yığmalarından sayılan rəqiblər üzərində qazanılacaq qələbələrlə gözə kül üfürmək idi. Amma bu plan baş tutmadı. Malta yığmamızdan daha məzmunlu oynayıb, qapımıza iki cavabsız top vurdu. San Marino isə faktiki dünyanın ən zəif yığmasıdır. Həvəskar statuslu futbolçuların belə forma geyindiyi komanda FİFA-nın reytinq cədvəlində sonuncu yeri tutur.

AFFA-nın qarşıya qoyduğu məqsədin yalnız 50 faizinə çatmaq mümkün oldu. Loru dildə desək, həyətdəki məhlə uşaqlarının belə məğlub edəcəyi San Marinonu rahatlıqla üstələmək, böyükhesablı qələbə qazanıb, qürrələnmək mümkün olmadı. Oyunda ilk qolun San Marinodadan gəlməsi, komandamızın məğlub duruma düşməsi utanmaq üçün xeyli əsaslar verir. Bax burda mən hörmətli şairimiz Bəxtiyar Vahabzadənin sualını xatırlayıb, onu bir qədər fərqli formada AFFA-ya, Ayxan Abbasova, milli komandamızın üzvlərinə vermək istədim. San Marino hesabı açıb, 18 dəqiqə öndə oynayanda onlar hansı hissləri keçirdilər? Utandılarmı, xəcalət çəkdilərmi? Hansı duyğularla oturduqları yerdə qaldılar, meydanda Azərbaycan millisinin formasıyla topun arxasınca qaçanları xəcalət təri basdımı?

Bu sualların cavabını yalnız özləri bilir. Lakin az-çox onları tanıdığımdan heç inanmağım gəlmir ki, San Marinonun öndə olduğu dəqiqələrdə bu adamlar bizim çəkdiyimiz xəcalətdən özlərinə pay götürdülər. Milliyə ürəyi yananlar biz olduğumuz kimi, onun FİFA reytinq cədvəlinin sonuncu komandasına uduzmasına görə xəcalət çəkənlər də biz olduq. Hələ yaxşı ki, sonradan iki qol vurub, oyunu çevirə bilik. Bununla da futbol tariximizə növbəti xəcalət səhifəsinin yazılmasının qarşısı alındı. Sərgilənən oyun isə gələcəyə ümidlə baxmaq üçün heç bir əsas vermədi. Hiss etdik ki, qarşıda bizi hələ neçə-neçə məğlubiyyətlər gözləyir.

Rəhman Daşdəmirov oyunun son dəqiqələrində üzərinə gələn topu tutub, sonra da vaxtı yubadan qapıçı Şahruddin Məhəmmədəliyevin başından öpdü. Təxmin etmək çətin deyildi ki, bizimkilər hakimin oyunu tezliklə bitirməsini, bununla da qələbənin və AFFA-nın ayıracağı mükafatın əldən çıxmamasını arzulayırdılar. Millimizin üzvləri San Marinoya uduzmaqdan qorxurdular. Bəli, bunu oyundan sonra elə Rəhmanın özü də etiraf edib. Əminəm ki, qorxan təkcə o deyildi. Cahangir Fərəcullayev də qorxurdu, Ayxan Abbasov da. Qorxan gözə çöpün düşməsi isə hamının bildiyi həqiqətdir. Gözünüzü qoruyun, cənablar. Bu dəfə düşmədisə, gələn dəfə ora çöp düşəcək.

Amal Abuşov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 İyun 2026 02:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see278

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see274

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see273

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see267

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see263

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see256

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see256

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see252

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see241

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see238

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see227

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see224

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see220

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see220

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see218

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see207

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see207

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see207

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see204

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri