Icma.az
close
up
RU
Qorxduğumuz attraksionlar yenə qarşımızda Bir neçə saatlıq uşaqlığa qayıdış REPORTAJ

Qorxduğumuz attraksionlar yenə qarşımızda Bir neçə saatlıq uşaqlığa qayıdış REPORTAJ

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı bulvarında illər sonra yeni attraksionlar quraşdırılıb.

Lent.az-ın əməkdaşı həmin əraziyə üz tutur.

Payızın mülayim küləyi həyəcanın mərkəzi olan bir məkana aparır bizi. Bakı Bulvarında, indi təkcə uşaqlar yox, böyüklər də özlərinə uyğun attraksionlar tapırlar. Parkın girişində hələ uzaqdan qulaq batıran qışqırıqlar eşidilir - kimisi qorxudan, kimisi isə sevincdən. İlk baxışdan buradakı attraksionların çoxu uşaqlıq xatirələrimizi oyadır: “dairəvi yelləncək”, “vikinq”… amma bu dəfə ölçülər, sürət və hündürlük tam fərqlidir.

Attraksionlar əraziyə girər-girməz səmaya doğru çıxan dairəvi yelləncəkdəki qızla oğlan diqqətimi çəkir. Fotoaparatın quraşdırılmasının gec olacağını düşünüb, sürrətlə hərəkət edən attraksionda əl-ələ tutmağa çalışan cütlüyün şəklini telefonla çəkib, anı əbədiləşdirməyə çalışıram.

Bir az ətrafla tanış olduqdan sonra, vurgular barədə məlumatı Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyevadan alırıq.

Əfsanə xanım bildirir ki, zamanla buradaki attraksionların sayları artırılacaq:

“Uzun müddətdir ki, ictimaiyyət tərəfindən attraksionların yenidən Dənizkənarı Bulvar ərazisinə qaytarılması istənilirdi. Biz də onların marağını nəzərə alaraq, ənənəvi məkana böyüklər üçün nəzərdə tutulmuş 4 yeni attraksion gətirdik. Onlardan yalnız boyu minimum 120 santimetr olan şəxslər istifadə edə bilərlər. Hamilə qadınlar, ürək, boyun və bel problemləri olan şəxslər, həmçinin başgicəllənmə və ya yırğalanma (kinetoz) narahatlığı olanlar və alkoqolun təsiri altında olan şəxslərin attraksionlardan istifadəsinə icazə verilmir.

Xüsusən qeyd edim ki, attraksionların hər biri təzədir və dünya standartları üzrə təhlükəsizlik tələblərinə tam cavab verir. Bununla yanaşı, ərazidə oyun pavilyonları da quraşdırılıb. İlkin mərhələdə 4 attraksion olsa da, zamanla onların sayları artırılacaq. Onlar yalnız böyüklər üçün nəzərdə tutulsa da, Bulvarın digər hissəsində, Kukla teatrının yaxınlığında azyaşlılar üçün də, ötən ildən yeni attraksionlar quraşdırılıb.

- Əfsanə xanım, attraksionlardan boy və bir sıra sağlamlıq tələblərinə cavab verən şəxslərin istifadə edilə biləcəyini vurğuladınız. Bəs bunları necə müəyyən edirsiniz, xüsusən boyu?

- Buradakı attraksionlar 10 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. Böyük insanlarda boy məsələsi sual doğurmasa da, yaşla əlaqəli şübhələr olduqda, həmin şəxslərin boy ölçmə cihazı (xəttkeş)  ilə boyları ölçülür. Həmçinin atrraksion bir qədər həyəcan və adrenalin qurğusu olduğu üçün sağlamlıq problemləri olanlar, hamilələr və alkoqol içkinin təsirində olan şəxslərə giriş qadağandır. Bu da, təbii ki, onların öz təhlükəsizliklərinin təmini üçün nəzərdə tutulub.

-Attraksionlar istifadəyə başlayandan onların qiyməti ilə bağlı da, fikirlər dolaşır. Bahalaşdığını bildirirlər.

- Son bir neçə ildə, hətta 10 ilə yaxındır ki, uşaqlar üçün nəzərdə tutulan attaksionların qiyməti 3 manat olub.  Bunlar da, böyüklər üçün olduğundan minimal fərqlə 4 manat nəzərdə tutulub.

- Ola bilər ki, kimsə ilk dəfədir istifadə edir, lakin attraksionun müddəti bitmədən, onun halı pisləşir. Bu zaman ona necə kömək edilir?

- Hər attraksionun yanında əməkdaşlarımız xidmət edirlər. Əgər onlara hər yansısa bir işə verilərsə, attraksion dərhal dayandırılır.

Maraqlıdır, bəs görəsən, bu attraksionların adları nədir? Onlardan ən çox hansı yaş qrupu istifadə edir?

Menecer Neman Hüseynov bildirdi ki, Vikinq “Star Ship”, yelləncək “Star Flay”, digəri “Hop Star”, motosikletli isə “Moto Star” adlanır.

“İstifadəçilər ən çox gənclərdir, qızların və oğlanların sayı da, demək olar ki, yarı-yarıyadır. Havaların son günlər buludlu, küləkli və yağıntılı keçməsinə baxmayaraq, tələbat çoxdur, xüsusən gecələr burada ışıklar yandığı üçün gələnlərin sayı daha çox olur. Qeyd edim ki, hətta yağış yağanda belə, onlar attraksionlara minir, getmək istəmirdilər.

Attaksionlarla bağlı suallarımıza cavab aldıqdan sonra bir az da, ətrafı müşayiət edirik. Əvvəllər fikirləşirdim ki, yəqin bu cür əyləncə parkları daha çox qızların marağını çəkər, lakin gördüyümüz bunun əksini deyir. Ən adrenalin dolu attraksionlarda da, oğlanları görürük. Onların deyib-gülməsi, qışqırtısı bütün bulvarı bürüyürdü. Aşağıdan baxanda insan bir qədər vahimələnir, lakin onların üzündəki təbəssüm və cəsarət bu qurğuların təhlükəsiz olduğunun göstəricisi idi. Onların bir çoxu əllərində telefonla öz videolarını çəkir, hətta dostları və yaxınları ilə bu anı görüntülü zənglərlə bölüşürdülər.

Attraksionlara baxmaq və onlar barədə danışmağın heç də, hər şeyi ifadə etmədiyini nəzərə alıb, bütün yüksəklik qorxularıma rəğmən “Star Flay”a minmək qərarı aldım. Digərlərindən fərqli olaraq, telefonu özümlə aparmağa risk etmədim.

Prosesin iştirakçısı olmaq, kənardan izləməkdən daha maraqlı imiş.

Bu attraksiona minərkən xüsusi açarlarla zəncir halqalar yuxarıdan aşağı doğru ayaqların arasından keçəcək formada kilidlənir, daha sonra əlavə dəmir kəmərlə tutacaqların ortasındakı boşluq bağlanır. Təbii ki, təhlükəsizlik tədbiri bunlarla da yekunlaşmır. Beli tam bağlayan avtomobillərdəkinə bənzər kəmər də, tam sıx formada kilidlənir. Bundan sonra yıxılma ehtimalımın olmadığı qənaətinə gəlib, rahatlayıram. Attraksion yavaş-yavaş havaya qalır və dönməyə başlayır. İllər əvvəlki vikinq qorxumu bununla yenməyə çalışıram. Yavaş-yavaş döndükdən sonra, o, sürətlənməyə və aşağı-yuxarı hərəkətlə yellənməyə başlayır. Oradan baxanda ayaqlarımız ağaclara dəyəcək kimi hiss edirik, səmaya çıxırıqcasına hiss yaranır. Həqiqətən adrenalinlidir, hərdən adamın ürəyi də, çırpınır, amma fırlanmanın verdiyi zövq, bunları unutdurur və həmin dəqiqələrin necə keçdiyi yaddan çıxır. Fikirləşirdim ki, yəqin bu sürətlə hərəkət edəndən sonra enəndə başımız dönəcək, lakin heç də, elə olmadı. Adrenalin istəyən, amma vikinqdən qorxanlar üçün bu, ideal seçimdir. Vaxt tamam olduqdan sonra zəncirləri bağlayan əməkdaşlar bir-bir hər kəsin düşməsinə yardımçı olur, kəmərləri açırlar.

Burada bir neçə saatlıq uşaqlıq illərimizə qayıtdıqdan sonra, işlərimizi yekunlaşdırıb, gedirik.

Zənnimcə, “həyatın səs-küyündən” bezəndə, yorulanda, ya da fərqlilik istəyəndə bura əylənmək üçün yaxşı seçimdir. Qışqırtı və gülüş səsləri şəhərin səslərindən daha çox olsa da, belə yerdə onları eşitmək insana güc verir. Gecəsi gündüzündən daha gözoxşayan olan attraksion parkının həyəcanı və əyləncəsi isə zaman tanımır.

Foto - İlkin Nəbiyev © APA GROUP

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Oktyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri