Qorxulu skrinşot funksiyası: Hər toxunuşun qeydə alındığı telefon sızdırıldı
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2024-cü ildə Şimali Koreyadan gizli şəkildə çıxarılmış "Samtaesung 8" smartfonu jurnalistlərin əlinə keçib.
Oxu.Az "Daily Mail" nəşrinə istinadla xəbər verir ki, smartfon istifadəçinin hər bir hərəkətini izləyən "qorxulu skrinşot" funksiyası ilə təchiz olunub.
Proqram təminatı avtomatik olaraq hər beş dəqiqədən bir ekranın şəklini çəkərək, telefon sahibi üçün əlçatmaz olan qovluqda saxlayır.
Həmin qovluğa yalnız Şimali Koreya hökumət orqanları baxa bilirlər. Bu sistem vətəndaşların qadağan edilmiş informasiyanı axtarmadığına və hökuməti tənqid edən hər hansı bir məlumat paylaşmadığına əmin olmağa imkan verir.
Baxış sayı:124
Bu xəbər 05 İyun 2025 00:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















