Icma.az
close
up
RU
Gürcüstan üzərindən gətirilən avtomobillər bahalaşa bilər

Gürcüstan üzərindən gətirilən avtomobillər bahalaşa bilər

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstan üzərindən Azərbaycana gətirilən avtomobillərin qiyməti arta bilər.

"Yeni Sabah" Xəzər TV-yə istinadən xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyi tərəfindən hazırlanmış qanun layihəsinə əsasən, bu ölkədə xarici vətəndaşların aldığı və ya təkrar ixrac etdiyi nəqliyyat vasitələri ilə bağlı rüsumların artırılması nəzərdə tutulur. Mövcud qaydalara əsasən, tranzit nömrə nişanı üçün rüsum 50 laridən 370 lariyə qaldırılacaq. Bu isə hazırkı məzənnə ilə 32 manat əvəzinə 233 manat təşkil edir.

Bundan əlavə, avtomobillər üçün ekspertiza aktının hazırlanması üzrə ödəniş 100 laridən 180 lariyə yüksəldiləcək ki, bu da 63 manatdan 113 manata qədər artım deməkdir. Eyni zamanda, ixrac üçün gömrük bəyannaməsinin doldurulmasına görə tutulan rüsum 130 laridən 200 lariyə qaldırılacaq. Bu məbləğ təxminən 126 manata bərabərdir.

Avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, Gürcüstan tərəfi bu addımı artan tələb fonunda atmağı planlaşdırır.

ABŞ-dən gətirilən avtomobillərin böyük əksəriyyəti Poti limanı vasitəsilə qeyd olunan prosedurlardan keçir və rüsumların artırılması birbaşa alıcılara təsir göstərir. Bu halda, Gürcüstan yolu ilə Azərbaycana daxil olan avtomobillərin qiymətlərində də ciddi bahalaşma gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Dekabr 2025 01:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see352

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see350

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see286

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see281

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see236

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see234

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see227

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see209

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see209

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see193

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see193

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see192

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see185

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see182

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see182

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see178

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see172

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see171

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see170

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri