Icma.az
close
up
RU
Qoşulmama Hərəkatı beynəlxalq səsini daha da gücləndirməlidir

Qoşulmama Hərəkatı beynəlxalq səsini daha da gücləndirməlidir

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə iştirak etmək üçün Serbiyada işgüzar səfərdədir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, səfər çərçivəsində Milli Məclisin sədri tədbirdə çıxış edib.

O qeyd edib ki, ötən 65 il ərzində Qoşulmama Hərəkatı üzv dövlətlərin ortaq maraq və məramlarının irəlilədilməsi, habelə qlobal çağırışların həllinə kollektiv töhfə verilməsi üçün mühüm beynəlxalq platformaya çevrilib. Qoşulmama Hərəkatının əsas prinsipləri Azərbaycanın xarici siyasətinin fundamental istiqamətləri ilə tam uzlaşır. Azərbaycan 2019-2024-cü illərdə Hərəkata sədrliyi dövründə də bu prinsipləri rəhbər tutaraq təşkilatın həmrəyliyinin, beynəlxalq nüfuzunun və institusional imkanlarının gücləndirilməsinə mühüm töhfələr verib.

S.Qafarova diqqətə çatdırıb ki, 2019-cu ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə Prezident İlham Əliyev Azərbaycanın Bandunq Prinsiplərinə, beynəlxalq hüquqa və ədalətə sadiqliyini, eləcə də Hərəkatın birliyinin, həmrəyliyinin və beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə qətiyyətli münasibətini bir daha təsdiqləyib.

Milli Məclisin sədri Azərbaycanın sədrliyi dövründə Hərəkatın üzv dövlətləri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirib. Onun sözlərinə görə, bu dövrdə Qoşulmama Hərəkatı ilə BMT arasında yüksək səviyyəli görüşlərin keçirilməsi təşəbbüsü irəli sürülüb, COVID-19 pandemiyasına və onun nəticələrinə qarşı əlaqələndirilmiş beynəlxalq reaksiyanın formalaşdırılmasına mühüm töhfə verilib. Azərbaycan sədrliyi dövründə 80-dən artıq dövlətə maliyyə və humanitar yardım göstərib, müxtəlif ölkələrə texniki dəstək və təhsil qrantları təqdim edib. Bununla yanaşı, Hərəkatın institusional inkişafına, onun fəaliyyətinin gələcək nəsillər və müxtəlif təsisatlar arasında genişləndirilməsinə xüsusi diqqət göstərilib.

S.Qafarova Qoşulmama Hərəkatının qarşısında duran əsas vəzifələrə də toxunub. O bildirib ki, Hərəkat öz birliyini və həmrəyliyini qorumaqla yanaşı, beynəlxalq səsini daha da gücləndirməli, sülhə, davamlı inkişafa və daha ədalətli, bərabərhüquqlu dünya nizamının formalaşmasına töhfəsini artırmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Sentyabr 2026 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri