Qoy oxusun, oynasın, paltarını çıxartsın
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Yeni dəb çıxıb: filan şey reytinq vermir. Dəyər reytinqlə ölçülmür: xalqın milli mənəvi dəyəri reytinqlə ölçülməz. Elə insan çağırarıq ki, hoqqa verər, reytinq 20-yə qalxar. Bu, bizim dəyərimizdir?".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev verilişində deyib. Aparıcı reytinq xatirinə verilişlərdə edilən biabırçı şouları tənqid edib:
"Kimsə kiminləsə ağzına gələni danışacaq, reytinq verəcək. Dəyərimiz budur? Azərbaycanda böyük tədbirlər keşirilir, xaricdə böyük tədbirlərə qatılırıq. Kimlər gedib bizi təbliğ edəcək? Bəzən deyirlər ki, filankəs reytinq vermir. Reytinq vermirsə, etmə verilişi. Nə məcburdur həftədə beş gün efir edirsən? Həftədə bir dəfə veriliş et. Televiziya bunu təbliğ etməməlidir. Qoy sosial şəbəkədə oxusun, oynasın, paltarını çıxartsın. Verilişlərə olmaz".
Hər kəsin öz sosial şəbəkəsi var. Getsin instaqramında, yutubunda, TikTok-unda oxusun. Amma efirdə yox."
Milli.Az
Baxış sayı:90
Bu xəbər 30 Noyabr 2024 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















