Qoz fındığı müntəzəm yemək orqanizmə necə təsir edir?
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az E-sağlam.az-a istinadən xəbər verir ki, endokrinoloq-diyetoloq Natalya Şvedova qoz-fındığın müntəzəm istehlakının orqanizmə təsirindən danışıb.
Mütəxəssisin sözlərinə görə, qoz-fındıq ürək-damar sağlamlığının qorunmasına kömək edə bilər. Tədqiqatlarda gündə təxminən 28 qram qoz-fındıq istehlakı ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riskinin daha aşağı olması ilə əlaqələndirilib. Bununla belə, bu nəticələr qoz-fındığın xəstəliklərdən tam qoruduğu anlamına gəlmir.
Qoz-fındıq qanda xolesterinin səviyyəsinə də müsbət təsir göstərə bilər. Araşdırmalardan birinin nəticələrinə əsasən, gündəlik qoz-fındıq istehlakı “pis” xolesterinin azalması ilə əlaqələndirilib. Həmçinin həftədə bir neçə dəfə qoz-fındıq yeməyin 2-ci tip diabet riskinin azalması ilə əlaqəli olduğu müəyyən edilib.
Qoz-fındığın digər faydası qan şəkərinin tənzimlənməsinə kömək etməsidir. Tərkibindəki yağlar, zülal və lif karbohidratların həzmini və qlükozanın sorulmasını yavaşlada bilər. Buna görə də səhər yeməyində yulaf sıyığına və ya karbohidratla zəngin digər qidalara bir qədər qoz-fındıq əlavə etmək yeməkdən sonra qan şəkərinin daha yavaş yüksəlməsinə kömək edə bilər. Lakin qoz-fındıq diabetin müalicəsi deyil.
Diyetoloq vurğulayıb ki, qoz-fındığın faydasından yararlanmaq üçün onu daha az sağlam qəlyanaltıların əvəzinə yemək məqsədəuyğundur. Bu məhsullar faydalı olsa da, yüksək kalorilidir. Buna görə də qəbul edilən miqdara diqqət yetirmək vacibdir.
Qoz-fındıq allergiyası olan insanlar isə bu məhsuldan uzaq durmalıdırlar. Ümumilikdə, qoz-fındığın balanslı qidalanmanın bir hissəsi kimi müntəzəm istehlakı sağlamlıq üçün faydalı ola bilər. Ancaq onun təsiri insanın ümumi qidalanmasından, həyat tərzindən və sağlamlıq vəziyyətindən də asılıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 27 Oktyabr 2026 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















