Icma.az
close
up
RU
Qrenlandiya neçəyədir?

Qrenlandiya neçəyədir?

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün bir suveren ölkənin digərindən ərazi alması qəribə görünə bilər, lakin keçmişdə belə hallar çox olub. ABŞ qərb ekspansiyasının böyük hissəsini 19-cu əsrin əvvəllərində həyata keçirib. Bura 1803-cü ildə Fransadan 15 milyon dollara (“The Conversation”un hesablamalarına görə, bugünkü məzənnə illə təxminən 416 milyon dollar) alınmış Luiziana daxildir. Təxminən yarım əsr sonra Meksika-Amerika müharibəsinin yekunlarına əsasən, böyük ərazilər müqabilində Vaşinqton Mexikoya pul ödədi.
“Əhalimizin taleyinə şimalda keçilməz buz maneələrini aşmaq və Sakit Okean sahillərində şərq sivilizasiyası ilə qarşılaşmaq missiyası düşür”,- 1848-ci ilin martında ABŞ-nin Dövlət katibi Uilyam Syuard yazırdı. Onun Arktikaya doğru genişlənmə ilə bağlı ideyalarını açıqlamasından təxminən 20 il sonra öz məqsədinə çatan ABŞ 1867-ci ildə Alyaskanı Rusiyadan 7,2 milyon dollara satın aldı (bugünkü məzənnə ilə 150 milyon dollar). İndi Alyaska neft, qızıl və balıq kimi təbii ehtiyatların bolluğu, toxunulmamış geniş əraziləri, Rusiyaya və Arktikaya giriş qapısı olması sayəsində ABŞ-nin ən zəngin ştatlarından biridir.

1917-ci ildə ABŞ Vircin adalarının bir hissəsini qızıl sikkələrlə ödənilən 25 milyon dollara (bu gün 600 milyon dollardan çox) Danimarkadan aldı. Lakin 1946-cı ildə o vaxtkı prezident Harri Trumenin Danimarka ərazisini qızılla ödənilən 100 milyon dollara almaq barədə təklifinə danimarkalılar 2019 və 2025-ci illərdə olduğu kimi “Xeyr, sağ olun!” ifadəsi ilə rədd cavabı verdilər.
“Soyuq müharibə”nin ilk günlərindən Qrenlandiya strateji baxımdan ABŞ üçün böyük əhəmiyyət kəsb edib və indiyə qədər də bu statusu nəinki azalmayıb, əksinə, daha da güclənib.
Qrenlandiyanın mümkün qiyməti
Bir ölkəni və ya muxtar ərazini qiymətləndirmək heç də asan məsələ deyil. Şirkətlərdən və ya aktivlərdən fərqli olaraq, ölkələrə gəldikdə, iqtisadi cəhətdən birbaşa ölçülə bilinməyən maddi və qeyri-maddi komponentlərin məcmusunu qiymətləndirmək lazımdır.
Hazırda dünyanın ən böyük adası olan Qrenlandiya Şimali Amerika və Avropa arasında kritik bir mövqe tutur. Arktika planetin qalan hissəsindən dörd dəfə sürətlə istiləşdiyi üçün ada getdikcə daha çox əhəmiyyət kəsb edir. Buzların əriməsi nəticəsində nadir yeraltı mineralların, neftin və təbii qazın istifadə olunmamış ehtiyatları aşkarlanır. Tramp və başqaları bu sərvətləri ABŞ-nin Çin kimi xarici təchizatçılardan asılılığını azaltmaq üçün vacib sayırlar.
Qrenlandiyada onilliklərdir ki, kömür hasil olunur və bu ərazi sübut edilmiş böyük kömür ehtiyatları ilə məşhurdur. Bundan əlavə, adanın təkində nadir yeraltı və qiymətli metallar (qızıl, gümüş, mis, qurğuşun, sink), qrafit, mərmər və uran var. Nəhayət, Qrenlandiya sahillərində böyük neft hasilatı potensialı mövcuddur. Bu potensial adanın 2021-ci ildə 3,24 milyard dollar təşkil edən hazırkı ÜDM-ninə daxil deyil.
Lakin bu üstünlüklərə baxmayaraq, Qrenlandiya zəif inkişaf etmiş ərazidir. Onun infrastrukturu zəifdir və iqtisadiyyatı əsasən balıq ovu və Danimarkadan gələn subsidiyalara əsaslanır.
Qrenlandiyada ABŞ ordusunun raketlərin aşkarlanması və kosmosun monitorinqi üçün mühüm obyekt olan “Tule” aviabazası yerləşir.

Əslində Trampın adaya iddiası Rusiya və Çinin Arkitkada öz iştiraklarını artırmaları fonunda ABŞ-nin geosiyasi maraqlarından irəli gələn ciddi narahatlıqla bağlıdır. Belə ki, Vaşinqtonun fikrincə, Moskva və Pekin Arktikanı yeni qlobal rəqabət sərhədinə çevirirlər.
Qrenlandiya həmçinin iqlim dəyişikliyi səbəbindən getdikcə əlçatan olan və Avropa ilə Asiya arasında ticarət yollarını əhəmiyyətli dərəcədə qısalda bilən Arktika gəmiçilik marşrutlarına çıxış sarıdan önəmlidir. Bu, adanın iqtisadi və strateji dəyərini artırır.
İqtisadçılar və analitiklər Qrenlandiya üçün yüz milyardlardan tutmuş trilyonlarla dollara qədər spekulyativ qiymətləndirmələr irəli sürüblər. “Financial Times” nəşrinin ehtimalına görə, Qrenlandiya nadir yeraltı mineralları və resurs potensialı baxımından 1,1 trilyon dollar dəyərində qiymətləndirilə bilər. 1867-ci ildə Alyaskanın alış qiyməti ilə müqayisədə Qrenlandiyanın ölçüsünə əsaslanan başqa bir təxmini qiymət 230 milyon dollar təşkil edir. Lakin bu rəqəm inflyasiyanı, müasir resurs qiymətləndirmələrini və geosiyasi payları nəzərə almır.

Daha real hesablamalar iqtisadi və infrastrukturun inkişafı xərclərini nəzərə alır. ABŞ çox güman ki, Qrenlandiyanın inteqrasiyası üçün faydalı mineralların hasilatı, enerji və sosial xidmətlərə böyük sərmayə qoymalı olacaq. Belədə adanın alış qiyməti ən azı 1,5 trilyon dollara qədər qalxa və bu da onu tarixin ən bahalı satınalmalarından birinə çevirə bilər.
Eyni zamanda, Qrenlandiyanın 57 min sakini üçün kompensasiya ilə bağlı suallar da yarancaq ki, onlar da suverenliyin istənilən şəkildə təhvil verilməsində söz sahibi olmalarını tələb edəcəklər. Sakinlərə birbaşa ödənişlər adambaşına 100 min dollardan 1 milyon dollara qədər ola bilər ki, nəticədə də adanın qiymətini 5,7-57 milyard dollar bahalaşacaq.
Lakin maliyyə xərcləri tənliyin yalnız bir hissəsidir. Qrenlandiyanı əldə etmək üçün istənilən cəhd beynəlxalq hüquq normalarını, müqavilələri və əhəmiyyətli diplomatik maneələri aradan qaldırmaq tələbini ortaya qoyacaq. Danimarka və Qrenlandiya liderləri adanı satmaq ideyasını ardıcıl şəkildə rədd edirlər və ABŞ-nin onları buna məcbur etmək cəhdi çox güman ki, əsas müttəfiqlərlə, o cümlədən NATO üzrə tərəfdaşları ilə münasibətləri korlaya bilər.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azvision.az
archiveBu xəbər 14 Yanvar 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see784

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see702

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see257

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see246

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see243

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see233

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see231

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see220

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see213

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see194

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see188

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see187

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see186

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see183

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see181

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see180

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see172

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see172

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see165

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri