Icma.az
close
up
RU
Qrip tüğyan edir...

Qrip tüğyan edir...

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Artıq qış gələndən , havalar soyuyandan  müxtəlif virusların inkişaf üçün münbit  şərait yaranıb.

Təbii ki, qışda xəstəliklərin yayılması daha çox təhlükə  törədir. İnsanlar isə birmənalı olaraq bu cür xəstəliklərə  biganə yanaşır, özlərini qorumurlar.  İndi də. mənşəyi bilinən və bilməyən müxtəlif qrip virusları  tüğyan edir. Kəskin respirator virus aydındır ki, insanların səhhətində daha ciddi problemlər yaradır. Bu xəstəlik həkimlərin dediyinə görə, üç  gün yüksək hərarətlə keçir , hətta temperatur 42 dərəcəyə qədər yüksəlir.

Aydındır ki, belə bir durumda xəstələr mütləq həkimə müraciət etməlidir. Yaxud da  ev şəraitində müalicə olunmalı, insanlarla ünsiyyətdən çəkinməlidirlər. Əgər insanlar vaxtında  müalicə olunmazsa, bunun sonradan ağır fəsadları ola bilər.  Yəni sətəlcəm olmaq təhlükəsi mövcuddur.Artıq ölkəmizdə iki uşaq yüksək hərarətdən  ölüb. Çox təəssüf ki, bu təhlükəli xəstəliklə bağlı əhali yetərincə maarifləndirilmir.  Televiziya kanalları hər cür səviyyəsiz verilişlərə vaxt ayırır, amma insanların maariflənməsinə  bir süjet belə yardım etmir.

Reklam olunan həkimlərdən savayı, xəstəliyin tüğyan etdiyi günlərdə, savadlı həkimləri televiziyalara dəvət etmirlər ki, onlar insanların xəstəliklərdən qorunması ilə bağlı məsləhət versinlər. Xəstə olan insanlar metroda, avtobusda maska taxmır, hətta asqıranda  belə əlləri ilə ağzını tutmur. Burdan belə bir nəticə çıxır ki, hələ bu virus çox yayılacaq. Risk qrupuna daxil olanlar və uşaqların özlərini qorumaqdan başqa çıxış yolları qalmır.

Bu çıxış yollarından biri də   belə  insanların qripə qarşı peyvənd edilməsidir. Çünki xronik xəstəliyi olan insanlar peyvənd olunanda  ya qripə tutulmur, ya da tutulsa , yüngül keçirir! Beləliklə, soyuq havalar davam etdikcə, qrip də bizdən əl çəkməyəcək. Bundan  xilas olmağın yeganə yolu isə sanitar-gigiyenik qaydalara əməl etmək, kütləvi yerlərdə, metroda, avtobusda olarkən maska taxmaqdır!!!

Emil Faiqoğlu  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Yanvar 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see332

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see247

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see226

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see224

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see209

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see208

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see207

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see207

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see204

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see193

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see173

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see173

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see172

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see168

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see167

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see166

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see166

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see165

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see163

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri