Icma.az
close
up
RU
Qripdən sonra faciə: 14 yaşlı qız bir anda iflic oldu

Qripdən sonra faciə: 14 yaşlı qız bir anda iflic oldu

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Böyük Britaniyada məktəbli qız keçirdiyi qripdən sonra boynundan aşağı iflic olub.

Ölkə.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Bildirilir ki, 14 yaşlı Leksi Braun 2025-ci ilin dekabrında qripə yoluxub. Yeniyetmədə yüksək hərarət və güclü başgicəllənmə müşahidə olunub. Bir neçə gün sonra isə qız anasına dözülməz ağrılar içində zəng edib. Ana evə qayıdanda təcili yardım əməkdaşları artıq Leksinin həyatını xilas etməyə çalışırmış.

Məktəbli təcili xəstəxanaya çatdırılıb və süni komaya salınıb. Beş gün sonra həkimlər ailəyə onun onurğa insultu keçirdiyini bildiriblər. Həkimlərin ehtimalına görə, buna səbəb məhz keçirdiyi qrip olub.

Komadan ayıldıqdan sonra Leksi nə yeriyə, nə danışa, nə də müstəqil nəfəs ala bilib. Hazırda o, hələ də xəstəxanada müalicə alır və gecələr süni tənəffüs aparatından istifadə edir.

Anasının sözlərinə görə, xəstəlikdən əvvəl Leksi tam sağlam idi, teatrla maraqlanır və müğənni olmağı arzulayırdı. Qız üçün ən ağır zərbələrdən biri isə səsini itirməsi olub.

Hazırda ailə onun reabilitasiyası, fizioterapiyası və əlil arabasına uyğun ev şəraitinin qurulması üçün ianə toplayır. Həkimlər ümid edirlər ki, zamanla Leksi hərəkət qabiliyyətinin bir hissəsini bərpa edə biləcək.(publika)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 May 2026 04:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri