Qriqoryan: Beynəlxalq ictimaiyyəti regionda sülhə töhfə verməyə dəvət edirik
Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
“Sülh prosesinin bir çox komponentləri var, o cümlədən region ölkələri arasında iqtisadi əlaqələr və “Sülhün kəsişməsi” layihəsi digər ölkələrin də bu prosesdə iştirakına imkan yaradır”.
Reyting.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, Ermənistan hökumətinin “Sülh yollarının kəsişməsi” təşəbbüsü Cənubi Qafqazda regional əlaqənin yaradılmasına, regionda sülh və sabitliyin təşviqi üçün genişləndirilməsinə yönəlmiş iqtisadi layihədir.
A. Qriqoryanın fikrincə, Ermənistan üçün blokun açılmasının region ölkələrinin suverenliyi və yurisdiksiyası əsasında baş tutması vacibdir:
“Blokların açılması kontekstində biz bərabərlik və qarşılıqlılıq prinsipləri çox vacib hesab edirik. Hazırda Ermənistanda “Sülhün kəsişməsi” layihəsinin tərkib hissəsi olan bir çox proqramlar həyata keçirilir. Biz region ölkələrini və beynəlxalq ictimaiyyəti bu prosesdə iştirak etməyə və regionda sülhə töhfə verməyə dəvət edirik”.
ELÇİN
Bu mövzuda digər xəbərlər:Azərbaycanın bu qərarı regionda əməkdaşlıq və sülhə töhfədir Qriqoryan
21 Oktyabr 2025 15:34
Armen Qriqoryan Hindistana səfərə dəvət olunub
22 Sentyabr 2025 16:37
Azərbaycan beynəlxalq ictimaiyyəti mina təhlükəsinə dəstək verməyə çağırdı
02 İyul 2025 00:18
Azərbaycan beynəlxalq ictimaiyyəti ərazilərin minalardan təmizlənməsinə dəstək verməyə çağırıb
28 İyul 2025 20:03
“Türkiyə Ukraynada sülhə töhfə verməyə hazırdır”
17 Fevral 2025 13:58
Baxış sayı:118
Bu xəbər 26 May 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















