Qroznı və Mahaçqala hava limanları fəaliyyətini dayandırdı FOTOLENT
Qroznı və Mahaçqala da “Xalça” planı çərçivəsində hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.
Lent.az "Baza” teleqram kanalına istinadən xəbər verir ki, adı çəkilən hava limanlarında təyyarə reysləri təxirə salınıb.
İlkin məlumata görə, bu qərar dron hücumlarının təhlükəsi səbəbi ilə qəbul edilib.
Qeyd edək ki, səhər saatlarında “Rosaviasiya”nın nümayəndəsi Artyom Korenyako bildirmişdi ki, Soçi, Kazan, Həştərxan və Volqoqraddakı aeroportlar da təyyarələrin qəbulu və yola salınmasını dayandırıb.
Qərar mülki təyyarələrin təhlükəsizliyinin təminatı ilə əsaslandırılıb.
Baxış sayı:23
Mənbə:https://lent.az