Icma.az
close
up
RU
Qroznıda Putinin adını daşıyan yeni rayonun bir hissəsi açılıb

Qroznıda Putinin adını daşıyan yeni rayonun bir hissəsi açılıb

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Çeçenistan lideri Ramzan Kadırov və Rusiya baş nazirinin müavini Aleksandr Novak Qroznıda Rusiya prezidenti Vladimir Putinin adını daşıyan yeni rayonun birinci hissəsini açıblar.

Bizimyol.info xəbər verir ki, Çeçenistan lideri bu barədə öz "Telegram" kanalında məlumat verib.

“330 min kvadratmetrdən çox mənzili istifadəyə vermişik. Bu açılışın həm ümummilli liderimizin doğum günündə, həm də eyniadlı rayona və Çeçenistan paytaxtına həsr olunmuş ildə baş tutması simvolikdir”, - deyə Çeçenistan rəhbəri yazıb.

Kadırov əlavə edib ki, yeni rayon 300 hektar ərazini əhatə edir və 150 ​​min sakinin yerləşməsi üçün nəzərdə tutulub.

Çeçenistan rəhbəri qeyd edib ki, hazırda rayonda tennis məktəbi, iki səhiyyə müəssisəsi, üzgüçülük hovuzları, mədrəsə, məscid və əlillər üçün idman kompleksi fəaliyyət göstərir.

Sentyabr ayında Kadırov elan etmişdi ki, rayon yerli sahibkarların Rusiya liderinə öz minnətdarlıqlarını bildirə biləcəkləri biznes layihəsidir. O, həmçinin qeyd edib ki, yeni rayon “bir çox memarlıq həllərini özündə əks etdirəcək”.

Çeçenistan rəhbərinin sözlərinə görə, respublikanın hakimiyyət orqanları onu şəhərin qonaqlarına və sakinlərinə xidmət göstərmək, eləcə də daha da inkişaf etdirmək üçün təqdim etmək istəyiblər. Bundan əvvəl Rusiya prezidenti Kadırovun Çeçenistanın inkişafındakı uğurlarını yüksək qiymətləndirib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Oktyabr 2025 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri