QU nun rektoru “Qarabağ”ın oyununu izlədi
futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Qarabağ Universitetinin rektoru “Qarabağ”ın qonağı olub.
Futbolpress.az xəbər verir ki, Premyer Liqanın XXIX turunun bu gün keçirilən “Qarabağ” – “Zirə” (1:0) oyununu izləyənlər arasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov da olub. Qarşılaşma zamanı klubun prezidenti Tahir Gözellə rektor arasında səmimi fikir mübadiləsi aparılıb. Şahin Bayramov “Qarabağ” Futbol Klubunu Qarabağ Universitetinə dəvət edib.
Tahir Gözel bu dəvətə müsbət münasibət bildirib. O vurğulayıb ki, komandanın yaxın planlarında bölgəyə – o cümlədən Xankəndi və digər işğaldan azad edilmiş şəhərlərə səfəri nəzərdə tutulur:
“Bu təşəbbüsü yüksək qiymətləndiririk. Qarabağ bölgəsinə səfər bizim də planlarımızda var və bu istiqamətdə addımlar atmağa hazırıq”.
Qeyd edək ki, görüş zamanı tərəflər gələcək əməkdaşlıq imkanlarını da müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 18 Avqust 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















