Icma.az
close
up
RU
“Quay Quarter Tower” binası “Earthshot” ekoloji mükafatının finalına düşüb

“Quay Quarter Tower” binası “Earthshot” ekoloji mükafatının finalına düşüb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 9 oktyabr, AZƏRTAC

Avstraliyanın Sidney şəhərində yerləşən və 3XN və BVN memarlıq büroları tərəfindən dizayn edilən “Quay Quarter Tower” binası Şahzadə Uilyam tərəfindən təsis edilən “Earthshot 2025” ekoloji mükafatının finalçısı seçilib. Bu, tarixdə nüfuzlu ekoloji mükafatın finalına düşən ilk binadır.

AZƏRTAC mükafatın saytına istinadla xəbər verir ki, 1976-cı ildə tikilmiş və 2022-ci ildə əsaslı təmir olunan 206 metr hündürlüyündəki göydələn, köhnə binaların sökülməsi əvəzinə onlara “ikinci həyat” verilməsi ideyasını təcəssüm etdirir. Layihə “Tullantısız dünya” nominasiyası üzrə üç finalçıdan biri olub.

Mükafatın təşkilat komitəsi layihəni “dünyada tamamilə yenidən dizayn edilmiş ilk göydələn” və “indiyə qədər həyata keçirilən ən böyük bina transformasiyası” kimi qiymətləndirib. Memarlar sökülmə əvəzinə mövcud strukturun maksimum qorunması strategiyasını seçiblər və bu yanaşma nəticəsində 12 min tondan çox karbon emissiyasının qarşısı alınıb.

Təmir zamanı binanın orijinal konstruksiyasının 65%-i, özəyinin isə 95%-i qorunub saxlanılıb.

Qeyd edək ki, “Earthshot” mükafatı hər il beş kateqoriya üzrə seçilən 15 finalçıdan ibarət olur. Qaliblər noyabrın 5-də elan ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 03:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri