Icma.az
close
up
RU
Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Hypers Quba” futbol klubunun prezidenti Ayaz Abdullayev Futbolun İnkişafı Fondunu (FİF) Quba təmsilçisinin inkişafına mane olmaqda və klubu almaq istəyən investorları “Səbail”ə yönləndirməkdə ittiham edib. FİF-in icraçı direktoru Tural Piriyev isə səsləndirilən iddiaları təkzib edərək hadisələrin fərqli şəkildə baş verdiyini bildirib.

İdman.Biz xəbər verir ki, Ayaz Abdullayev sosial şəbəkə hesabında paylaşım edərək “Hypers Quba”nın fəaliyyətini davam etdirməsi üçün bütün imkanlarını səfərbər etdiyini, lakin klubun Birinci Liqaya yüksəlməsi ilə bağlı planlarının baş tutmadığını bildirib.

Onun sözlərinə görə, ötən mövsüm çempionatı üçüncü pillədə başa vuran komandanın liqada iştirak edən klubların sayının artırılması ilə əlaqədar Birinci Liqaya yüksəlməsi gözlənilirdi. Klubun maliyyə çətinlikləri ilə üzləşməsindən sonra Qubadan olan bir neçə şəxs komandanı təhvil almaq istəyib.

Abdullayev bildirib ki, həmin şəxslərlə əlaqə FİF vasitəsilə yaradılıb. O, mövcud borcların bağlanması müqabilində klubu təhvil verməyə hazır olduğunu deyib. Lakin sonradan investorların qarşısına “Hypers Quba” əvəzinə “Səbail” variantının çıxarıldığını iddia edib.

Klub prezidentinin sözlərinə görə, ilkin məqsəd “Səbail”in adını dəyişdirərək Quba təmsilçisi kimi fəaliyyət göstərməsi olub. Ancaq bu variant da reallaşmayıb.

Abdullayev komanda sayının artırılmamasını da qəsdən atılmış addım kimi qiymətləndirib. O, həmçinin FİF-in digər klublarla bağlı fəaliyyətini, qurumun xərclərini və futbolun inkişafına real töhfəsini sual altına alıb.

Klub prezidenti futbolun inkişafının seminar və səfərlərlə deyil, ayaqda qalan klublar, yetişən futbolçular, infrastruktur və davamlı maliyyə modeli ilə ölçülməli olduğunu vurğulayıb. O, paylaşımının sonunda futbolla bağlı fəaliyyətini başa vurduğunu açıqlayıb.

Ayaz Abdullayevin ittihamlarına FİF-in icraçı direktoru Tural Piriyev sportify.az-a müsahibəsində cavab verib.

Piriyev bildirib ki, Fond “Hypers Quba” Qubaya köçdüyü ilk gündən kluba dəstək göstərməyə çalışıb. Onun sözlərinə görə, investorlarla da danışıqlar aparılıb və potensial səhmdarlara ilk olaraq məhz “Hypers Quba” təklif edilib.

İcraçı direktor investorların Qubaya gəldiyini, stadionla tanış olduğunu və həmin görüşlərdə Ayaz Abdullayevin də iştirak edərək komandanı təqdim etdiyini söyləyib.

Lakin Piriyev klubun borclarının bağlanması müqabilində təhvil verilməsi barədə razılığın olmadığını iddia edib. Onun sözlərinə görə, Abdullayev dəfələrlə klubun borcunun olmadığını bildirib, investorların marağını artırmaq üçün maliyyə problemləri barədə məlumatları özü yaydığını söyləyib.

FİF rəhbəri Abdullayevin əslində klubun satılması müqabilində pul tələb etdiyini iddia edib:

“İstəyim odur ki, mənə pul ödənilsin. İndi 400-500 min manat, I Liqaya yüksələcəkləri təqdirdə, 700 min – 1 milyon manata satmağa hazıram. Amma hələ konkret məbləğ demirəm”.

Piriyev vurğulayıb ki, FİF klubların alqı-satqısı prosesində iştirak etmir və bu barədə Abdullayevə də məlumat verilib. Onun sözlərinə görə, investorlar sonradan öz qərarları ilə “Səbail”lə danışıqlara başlayıb və razılığa gəliblər.

İcraçı direktor bildirib ki, investorların “Səbail”ə üstünlük verməsinin əsas səbəbi Ayaz Abdullayevin kluba qoyduğu vəsaiti geri almaq istəməsi olub. Onun iddiasına görə, investorlar “Səbail”in borclarını qarşılamaqla yanaşı, Abdullayevin də klubda qalmasına razı idilər. Lakin tərəflər arasında razılıq əldə olunmayıb.

Piriyev həmçinin “Mingəçevir”in maliyyə vəziyyəti ilə bağlı tənqidlərə münasibət bildirib. O, klubun əməkhaqqı problemləri yaşadığını, hətta bu səbəbdən komandanın oyunlara çıxa bilmədiyini təsdiqləyib. Bununla belə, həmin məsələlərin artıq həll olunduğunu və komandanın məşqlərə başladığını qeyd edib.

FİF rəhbəri ilin sonuna qədər “Mingəçevir”dəki mövcud problemlərin tam aradan qaldırılması üçün çalışacaqlarını söyləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:335
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Noyabr 2026 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see297

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see294

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see289

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see274

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see263

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see262

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see249

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see245

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see243

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see242

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see226

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see226

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see225

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see224

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see215

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see213

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see211

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see209

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri