Quba Soyqırımı Muzeyi ölkə əhəmiyyətli abidələr siyahısına salındı
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Quba Soyqırımı Muzeyi, simvolik məzarlıq və 1918-ci ilə aid kütləvi məzarlıq ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.
Modern.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 387 nömrəli qərarını Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Astaranın Alaşa kəndində yerləşən, eramızdan əvvəl IV əsrdən eramızın XVI əsrinədək olan dövrə aid Əlişa qala kompleksi də ölkə əhəmiyyətli arxeoloji abidələr siyahısına əlavə edilib.
Dünya əhəmiyyətli abidələr siyahısında Azıx və Tağlar mağara düşərgələrinə dair bəndlər yeni redaksiyada verilib. Sənəddə paleolit dövrünə aid düşərgələrin müvafiq olaraq Xocavənd rayonunun Azıx və Böyük Tağlar kəndlərində yerləşdiyi göstərilib.
Gəncədə XIX əsrə aid üç yaşayış evi, Sumqayıtın Corat qəsəbəsində isə XVI əsrə aid Hacı Məcid və XVII əsrə aid Hacı Əmrulla hamamları yerli əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb. Həmin siyahının Qazax rayonu üzrə 4533-cü bəndi ləğv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 20 Noyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















