Quba taekvondoçuları Azərbaycan birinciliyində beş medal qazandılar FOTO
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda (FHN İSK) taekvondo üzrə Azərbaycan birinciliyi keçirilib.
İdman.Biz shimal.news.az-a istinadən xəbər verir ki, yarışda Quba komandası altı idmançı ilə iştirak edib və uğurlu nəticələr əldə edib.
Gənclər arasında keçirilən görüşlərdə qubalı taekvondoçular üç medal qazanıblar. 45 kq çəki dərəcəsində çıxış edən Əlimurad Rzayev gümüş medal, 44 kq-da mübarizə aparan Məryəm Cəfərova bürünc, Humay Dadaşova isə qızıl medalın sahibi olub.
Böyüklər kateqoriyasında da Quba idmançıları fəxri kürsüyə yüksəliblər. 80 kq çəki dərəcəsində Xanlar Xanəhmədov gümüş medal qazanıb. 54 kq-da çıxış edən Səyyad Dadaşov isə bütün rəqiblərini məğlub edərək qızıl medala layiq görülüb.
Qeyd edək ki, Səyyad Dadaşov bu nəticə ilə artıq 9-cu dəfə Azərbaycan çempionu olub.
Quba komandasının məşqçisi idman ustası, əməkdar məşqçi Tural Vəlibəyovdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 30 Dekabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















