Icma.az
close
up
RU
Qubad İbadoğlu: “Trampın enerji və tarif siyasətləri Azərbaycanda iqtisadi sabitliyin pozulmasına gətirib çıxara bilər”

Qubad İbadoğlu: “Trampın enerji və tarif siyasətləri Azərbaycanda iqtisadi sabitliyin pozulmasına gətirib çıxara bilər”

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

İqtisadçı hesab edir ki, maliyyə, valyuta və fiskal sabitliyi qorumaq üçün təcili islahatlar həyata keçirilməlidir

ABŞ prezidenti Donald Trampın təklif etdiyi enerji və ticarət siyasətləri qlobal neft və qaz qiymətlərində uzunmüddətli enişə səbəb ola bilər. Bu isə fundamental struktur islahatları həyata keçirilməyəcəyi halda 2026-cı ildən etibarən Azərbaycanda iqtisadi sabitliyin pozulmasına gətirib çıxara bilər, iqtisadçı Qubad İbadoğlu son analizində qeyd edir.

İqtidsadçının fikrincə, Azərbaycanın hidrokarbon gəlirlərindən asılılığı onu qlobal enerji bazarlarındakı dəyişikliklərə və ticarət axınlarına qarşı həssas edir. Trampın Milli Enerji Fövqəladə Hallar Aktının (National Energy Emergency Act) ABŞ-ın enerji müstəqilliyini artırmağa yönəlməsi, dünya bazarında neft və qaz qiymətlərinin düşməsini sürətləndirə, Azərbaycanın gəlirlərini azalda və büdcə kəsirini genişləndirə bilər.

ABŞ-ın LNG ixracı Azərbaycanın qaz strategiyasına təhdid yaradır

ABŞ 2016-cı ildən etibarən LNG (mayeləşdirilmiş təbii qaz) ixracına başlayıb və bu gün qlobal qaz bazarında əsas oyunçulardan birinə çevrilib. Bu, Avropanın boru kəmərləri vasitəsilə qaz təchizatına olan etibarını azaldır, Azərbaycanın 14,5 milyard dollarlıq Cənub Qaz Dəhlizi (SGC) layihəsi üçün ciddi problemlər yaradır. Layihəyə Trans-Adriatik Boru Kəməri (TAP), Trans-Anadolu Boru Kəməri (TANAP) və Cənubi Qafqaz Boru Kəməri daxildir.

“Əgər ABŞ Avropaya LNG ixracını artırsa, Azərbaycanın boru kəməri ilə qaz nəqlinin rəqabət qabiliyyəti zəifləyəcək və Cənub Qaz Dəhlizinin gəlir gətirmə səviyyəsinə çatması 2030-cu ildən sonraya qalacaq”, – İbadoğlu bildirib.

BP və SOCAR gəlirlərin azalması ilə üzləşir

Azərbaycanın əsas enerji tərəfdaşları, o cümlədən BP, artıq ciddi maliyyə çətinlikləri ilə qarşılaşır. BP-nin bazar dəyəri 2018-ci ildəki 152,6 milyard dollardan 2025-ci ilin əvvəlində 82 milyard dollara qədər azalıb, şirkət isə işçi qüvvəsinin 5%-ni ixtisar edib. Digər tərəfdən, Chevron və ExxonMobil kimi böyük ABŞ neft şirkətləri 2024-cü ilin sonunda mənfəətin azalmasını elan ediblər.

SOCAR-ın gələcək perspektivləri qeyri-müəyyən olaraq qalır. 2024-cü ildə SOCAR-ın neft hasilatı 7,5 milyon tona enib, halbuki 2023-cü ildə bu rəqəm 7,8 milyon ton təşkil edib. Azeri Light neftinin orta qiyməti 2024-cü ildə 82,87 dollar olub, 2023-cü ildə isə 86,1 dollar idi. Müqayisə üçün, 2022-ci ildə bu göstərici 103,58 dollar təşkil edirdi.

ABŞ önümüzdəki iki il ərzində gündəlik neft hasilatını 1-1,5 milyon barrel artıraraq dünya bazarında qiymətləri 2025-26-cı illərdə 60 dollar civarına salmaq potensialına malikdir.

Artan borclar və maliyyə təzyiqləri riskləri gücləndirir

İbadoğlunun analizinə əsasən, SOCAR-ın uzunmüddətli borcları 2023-cü ildə 993 milyon manat artaraq 12,1 milyard manata (7,1 milyard dollar) çatıb. Azərbaycanın Dövlət Neft Fondu (SOFAZ) isə 2024-cü ildə neft və qaz satışından əldə etdiyi gəlirlərin 3 milyard manat azalması ilə üzləşib.

Azərbaycanın xarici ticarət dövriyyəsi 2024-cü ildə 6,98% azalıb, ixrac 21,67% geriləyib, idxal isə 21,82% artıb. Bu, valyuta bazarında gərginliyi artırıb. Mərkəzi Bankın valyuta ehtiyatları 2025-ci ilin yanvarına qədər 6% azalaraq 10,99 milyard dollara düşüb, bu da manatın devalvasiya riskini yüksəldib.

Proqnoz: İqtisadi böhran qarşısında struktur islahatlar zəruridir İbadoğlu Azərbaycan iqtisadiyyatının qarşılaşdığı əsas riskləri aşağıdakı kimi təsnif edir: Cənub Qaz Dəhlizinin gəlir gətirmə səviyyəsinə çatması 2030-cu ildən sonraya qalacaq; SOFAZ-ın aktivləri büdcə transferlərinin artması səbəbindən tükənə bilər; SOCAR-ın gəlirlərinin azalması və borc öhdəliklərinin artması şirkətin maliyyə dayanıqlığını təhlükə altına qoyur; Dövlət büdcəsinə daxil olan vergilərin azalması büdcə kəsirinin artmasına səbəb olacaq; Manatın dəyərinin aşağı düşməsi və idxalın bahalaşması devalvasiya riskini yüksəldir; Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft tranzitinin azalması Azərbaycanın tranzit gəlirlərini azalda bilər.

İqtisadçı xəbərdarlıq edir ki, bu tendensiyalar sosial-iqtisadi problemləri dərinləşdirəcək, buna görə də maliyyə, valyuta və fiskal sabitliyi qorumaq üçün təcili islahatlar həyata keçirilməlidir.

Anaxeber.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Fevral 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see292

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see246

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see187

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see176

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see157

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see152

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri