Icma.az
close
up
RU
Qubad İbadoğlunun qardaşı məhkəmədə ifadə verdi Əgər bu iş cinayətdirsə, niyə yalnız mən məsuliyyətə cəlb edilmişəm?

Qubad İbadoğlunun qardaşı məhkəmədə ifadə verdi Əgər bu iş cinayətdirsə, niyə yalnız mən məsuliyyətə cəlb edilmişəm?

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“İqtisadi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin sədri, “QHT işi” üzrə cinayət məsuliyyətinə cəlb olunmuş Qalib Bayramovun (Toğrul) məhkəmə prosesi keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrlik etdiyi məhkəmədə ifadə verən Qalib Bayramov özünü təqsirli bilmədiyini deyib.

Heç zaman xarici donorlardan  qrant almadığını vurğulayan Qalib Bayramov bildirib ki,  sadəcə, bir neçə təşkilatın tenderlərinə qatılıb və onunla bağlanmış xidmət müqaviləsi əsasında layihələrdə ekspert kimi çalışıb.

“Bu, cinayət deyil. Mənim gördüyüm işi həmin dövrdə başqaları da görürdü. Lakin onların heç biri istintaqa cəlb olunmayıb. Əgər bu iş cinayətdirsə, niyə yalnız mən məsuliyyətə cəlb edilmişəm? Bunu ona görə demirəm ki, başqaları da cinayət məsuliyyətinə cəlb olunsun. Demək istədiyim budur ki, gördüyümüz iş cinayət deyil”.

Heç bir partiyanın üzvü olmadığını, siyasi proseslərə qatılmadığını deyən Q.Bayramov bildirib ki, layihələr çərçivəsində gördüyü işlərdən biri də dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasındakı tədbirlərin təşkili olub.

Onun sözlərinə görə, həmin tədbirlərdə dövlət strukturlarının təmsilçiləri də  iştirak edib: “Bunu təsdiqləyən videolar internet resurslarında var”.

Azərbaycanın “açıq hökumət” təşəbbüsünə qoşulan ölkələrdən biri olduğunu xatırladan Q.Bayramov vurğulayıb ki, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin proqramlarına birbaşa qatılmayıb, ancaq könüllü fəaliyyəti olub.

O bildirib ki, bütün layihə və fəaliyyətləriylə bağlı yetərincə sənədlər, müqavilələr var.

“Qrant haqqında yeni qanundan sonra mən nə Azərbaycandan, nə də digər ölkələrin buradakı nümayəndələrindən qrant almışam. Yalnız tenderlərdə iştirak etmişəm”.

Qeyd edək ki, Q.Bayramov haqqında istintaq və məhkəmə dövrü üçün polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

O, iqtisadçı professor Qubad İbadoğlunun qardaşıdır. Q.İbadoğlu 2023-cü il iyulun 23-də həbs edilib, saxta pul hazırlamaqda suçlanıb. İstintaqın gedişində ona dini ekstremist materialları hazırlama, saxlama, yayma maddəsiylə ittiham verilsə də, özü ittihamları qəbul etməyib. Q.İbadoğlu ötən il aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Afət Abbasova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Dekabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see280

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see217

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see216

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see212

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see190

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see190

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see169

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see169

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see165

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see165

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see160

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see158

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see158

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see158

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see157

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see151

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see148

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri