Icma.az
close
up
RU

Məhkəmə Qubad İbadoğlunun şikayətinə baxacaq

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Dekabrın 3-də Bakının Nərimanov Rayon Məhkəməsində iqtisadçı alim Qubad İbadoğlunun ölkədən çıxış qadağası haqqında şikayətinə baxılacaq.
Reyting.az
xəbər verir ki, bunu Qubad İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.
Onun sözlərinə görə, ölkədən çıxış qadağası Qubad İbadoğlunu ağır ürək əməliyyatı kimi zəruri və keyfiyyətli tibbi yardımı almaq imkanından məhrum edir.
Bundan başqa, İbadoğlu Avropa Parlamentinin sədri Roberta Metsola tərəfindən akademik Saxarov adına mükafatın təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa dəvət olunub. İbadoğlu bu mükafatın finalçıları arasındadır.
Səfər çərçivəsində İbadoğlunun tibbi müayinəsi üçün şərait yaradılması da nəzərdə tutulur. Metsolanın dəvəti məhkəməyə təqdim edilib.
Xatırladaq ki, Q. İbadoğlu 2023-cü ilin iyulunda həbs edilib. Ona qarşı CM-in 204.3.1-ci (saxta pulların satılması), həmçinin 167-3.1-ci (ekstremist materialların saxlanması və yayılması) maddələri ilə ittiham irəli sürülüb.
Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, siyasətçilər, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunu azad etməyə çağırıblar. O, siyasi məhbus kimi tanınıb.
22 aprel 2024-cü il tarixində məhkəmə müdafiə tərəfin İbadoğlunun ev dustaqlığına keçirilməsi haqqında vəsatətini təmin edib.
Lakin mayın 4-də polis əməkdaşları ona uzaqdan müşahidə üçün elektron qolbaq taxıblar.
Sentyabrda İbadoğluya onun işi üzrə istintaqın dayandırıldığı bildirilib, lakin onun ölkədən çıxışına qoyulmuş qadağa ləğv olunmayıb.(Turan)

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://reyting.az
archiveBu xəbər 02 Dekabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri